Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Amerikada kitab dükanları çökür


Feyziyyə Hacıyeva


ABŞ-da kağız kitabların satışı ilə məşğul olan ikinci böyük dükan şəbəkəsi - “Borders” müflis olub və özü özünü ləğv edir.

Əsas səbəb – onun İnternetdəki kitab satışı saytları ilə rəqabətə dözə bilməməsidir: on-line kitab satışı genişlənir, elektron kitab oxuma qurğuları – e-book reader-lərin satışı sürətlə artır.

“Borders” axır aylarda ölkə boyu dükanlarının çoxunu bağlamışdı və restrukturizasiya yolu ilə qalan 399 dükanı saxlamaq niyyətində idi.

Amma bu plan da baş tutmayıb, biznesin qalan hissəsinə müştəri tapılmayıb.

“Bütün cəhdlərimizə baxmayaraq işlərin bu həddə gəlib çıxmasından kədərləndiyimizi bildiririk” – deyə “Borders” qrupunun prezidenti Mike Edwards mətbuat üçün açıqlamasında bəyan edir.

“Biz fərqli nəticə üçün çalışırdıq, amma xeyli vaxtdır ki, üz-üzə qaldığımız problemlər, o cümlədən kitab industriyasındakı sürətli dəyişikliklər, e-book reader inqilabı və iqtisadiyyatdakı durğunluq bizi indiki duruma gətirib çıxardı”.

“Borders” sentyabrın axırına qədər qalan dükanlarını da ləğv edəcək.

ABŞ-ın ən böyük kitab dükanları şəbəkəsi olan “Barnes &
Noble” də on-line kitab satışı saytları ilə rəqabətdə çətin günlər yaşayır.
XS
SM
MD
LG