Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Əli Kərim. Ölüm, sevinmə çox...


Səməd Vurğuna

Ölüm, şöhrətinmi azalardımı, de,
Tanışdı onsuz da cahana adın
Sənə nə olardı, nə olardı de,
Belə bir insana əl vurmasaydın?

Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-gələndən deyil.
Ölüm, sevinmə çox, bu sevinc nədir?!
Bu ölən, sənə hər öləndən deyil.

O yazdı, yaratdı həyat naminə,
Onun hər bir şeiri ölümdür sənə!
1965
XS
SM
MD
LG