Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:32

Ramiz Rövşən. Bir səhər yuxudan durub...


Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa....
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən
XS
SM
MD
LG