Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Azərbaycan tikintiyə 25 mlrd., təhsilə 7 mlrd. dollar xərcləyib


Illyustrasiya fotosu
Illyustrasiya fotosu
BÜDCƏ 15.5 MLRD MANATA ÇATDI

Keçən həftə Azərbaycan parlamenti 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi. Onun həcmi 3.5 mlrd. manat artaraq 15.5 mlrd. manata çatdı.

Hökumətin izahına əsasən büdcəyə əlavə olunan pulların 1 mlrd. manatdan çoxu pensiyaların və maaşların qaldırılmasına xərclənəcək. Bəs, yerdə qalan 2.4 mlrd. manat? Bu məbləğ büdcənin “əsaslı vəsait qoyuluşu xərcləri"nə yönəlir. Büdcədə bunun adlı "dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)" şəklində ifadə edilir. İqtisadçılar dövlətin müxtəlif sahələrə qoyduğu sərmayələrlə yanaşı, müdafiə sənayesinə yatırımların da büdcənin bu hissəsindən aparıldığını deyirlər.

3.5 MLRD. MANAT HARDAN GƏLDİ?

Maliyyə Nazirliyinin parlamentə göndərdiyi və artıq təsdiq edilən təklifdə qeyd edilir ki, əlavə pul neftin qiymətinin dünya bazarında gözləndiyindən daha çox olmasına görə yaranıb. Buna görə dövlət büdcəsinin gəlirləri əvvəl gözləndiyindən 770 milyon manat, Neft Fondunun gəlirləri isə 3.6 milyard manat çox olacaq.

Hökumət büdcəyə əlavə olunan 3.5 mlrd. manatın 2.7 mlrd.-nı Dövlət Neft Fondundan götürəcəyini, qalanını isə vergilər və gömrükdən toplayacağını bildirir. Yəni, sonuncu dəyişikliklə birlikdə hökumət 2011-ci ilin 15.5 mlrd. manatlıq dövlət büdcəsinin 9.2 mlrd. manatını Neft Fondundan götürəcək. Qalan 6.3 milyard manatı isə özü toplayacaq. (Hərçənd ki, bu 6.3 milyard manatın içində də neft satışından dövlət büdcəsinin gəlirləri, neftin istehsalı və satışına bağlı olan müəssisələrin vergiləri, gömrük rüsumları da var.)

BÜDCƏNİN HƏR 10 MANATINDAN 6-I NEFT FONDUNDAN GÖTÜRÜLÜR

Neft Fondundan dövlət büdcəsinə ötürülən pulların miqdarı hər il əvvəlkindən daha çox olur. 2011-ci ildə bu rəqəm büdcənin 60 faizinə çatıb. Yəni, dövlət büdcəsindəki hər 10 manatın 6-nı hökumət nəğd şəkildə bircə ünvandan – Dövlət Neft Fondundan götürür.

Son beş ildə Neft Fondunun dövlət büdcəsindəki pullarının miqdarı aşağıdakı şəkildə olub:



Əslində Neft Fondundan dövlət büdcəsinə nə qədər pulun ötürülə bilməsinə qanunla bir məhdudiyyət yoxdur. Fondun əsasnaməsinə görə onun pulları yalnız dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə
kredit verilməsinə, eləcə də, dövlətin tabeliyində olan hər hansı bir subyektin borcunun və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz. Sənədə görə bu Fondun vəsaiti "ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulmasında istifadə oluna bilər."
Halbuki bu Fond yaradılarkən rəsmi təbliğatda onun əsas məqaəsdinin neft gəlirlərini gələcək nəsillər üçün qorunması göstərilirdi. Yalnız bu Fondun pullarının idarə edilməsindən alınan gəlirlərin indiki ehtiyatclara xərclənəcəyi deyilridi.

Amma məsələn, 2010-cu ildə Dövlət Neft Fondunun pullarının idarə edilməsindən gəliri 155,9 milyon manat, fonddan büdcəyə ötürülən pulların miqdarı isə 5,915 milyard manat olub.

TİKİNTİYƏ 25, TƏHSİLƏ 7...

Büdcənin gəlirləri əsasən neftdən asılı olduğu kimi xərcləri də əsasən tikintiyə yönəlib.

Ayrı-ayrı sahələr üzrə dövlət büdcəsinin son beş ildə xərcləri aşağıdakı kimi olub:




Təhsil xərcləri (Milyon manatla)

İllər Ayrılan pulun məbləği
2007 757,7
2008 979,7
2009 1147,9
2010 1240,7
2011 (proqnoz) 1399,8
Səhiyyə xərcləri (Milyon manatla)
İllər Ayrılan pulun məbləği
2007 278,7
2008 346,2
2009 402,4
2010 485,6
2011 (proqnoz) 563,2
Sosial müdafiə və sosial təminat xərcləri (Milyon manatla)
İllər Ayrılan pulun məbləği
2007 612,7
2008 846,4
2009 1054,4
2010 1142,3
2011 (proqnoz) 1611,8

Mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərcləri (Milyon manatla)
İllər Ayrılan pulun məbləği
2007 48,122
2008 77
2009 83,9
2010 107,9
2011 125

Tikinti xərcləri (Milyon manatla)
İllər Ayrılan pulun məbləği
2007 1927,1
2008 4286,9
2009 3554,8
2010 4159,2
2011 5867,1

Azərbaycan hökuməti son 5 ildə tikintiyə 19.8 milyard manat (təxminən 25 milyard dollarlıq) pul xərcləyib. Eyni illərdə ölkədə təhsilə 5.5 milyard, səhiyyəyə isə 2 milyard manat ayırıb. Bu nisbət hökumətin elan etdiyi “Qara qızılı insan qızılına çevirək!” şüarının məntiqinə nə qədər uyğundur? Doğrudanmı Azərbaycan üçün "tikinti bumu", "təhsil bumu"ndan vacibdir? Müzakirələrə qoşulun
XS
SM
MD
LG