Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

Gürcüstanın keçmiş müdafiə naziri də etirazlara qoşulub


Tbilisidə prezident Mixeil Saakaşvilinin istefası tələbilə etiraz aksiyası davam edir.

Bir necə müxalifət partiyasının birləşdiyi “ Xalq məsclisi” hərəkatının təşkil etdiyi aksiyaya müxalifətdə olan “Gürcüstan partiyası” da qoşulub.

Bu bartiyaya hazırda Fransada yaşayan keçmiş müdafiə naziri İrakli Okruaşvili rəhbərlik edir.

Okruaşvili aksiyalara qoşulmaq üçün Gürcüstana dönəcəyini bildirib.

Aksiyanın əsas təşkilatçılarından olan parlamentin keçmiş sədri Nino Burcanadze Tbilisi və Batumidə baş verənləri inqilabın başlanğıcı adlandırıb.

Polis bu gün Tbilisidə, ictimai telviziyanın qarşısında keçirilən aksiyanı dağıtmağa cəhd göstərsə də aksiya davam edir.

Batumidə isə xüsusi təyinatlı qüvvələr bazar gününə keçən gecə Xalq məclisinin qərərgahına soxulublar.

Müxalifət onlarla üzvünün saxlandığını, 9 nəfərin xəstəxanaya düşdüyünü deyir.
XS
SM
MD
LG