Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Məhkəmələrin internet saytı nə vəziyyətdədir?


Arxiv şəkil
Arxiv şəkil
«NƏİNKİ ONLAYN MÜRACİƏTƏ, HEÇ ZƏNGLƏRƏ CAVAB VERİLMİR»

«Sabunçu məhkəməsinin saytına heç bir informasiya getmir, gəlmir, heç bir reaksiya yoxdur. Ali Məhkəməyə nəinki onlayn müraciət edəndə, telefonla zəng edəndə də heç kimlə danışmaq olmur. Zərərçəkmiş kimi işimə baxırdılar, dəfələrlə zəng elədim Ali Məhkəməyə ki, işə nə vaxt baxılacaq, hər dəfə deyirdilər hələ baxılmır. Axırda qərarı görürəm».

Məhkəmələrin internet səhifələrindən şikayətlənən Bakı sakini Aydın Məmmədovdur.

Rayon apellyasiya məhkəmələri istisna olmaqla, heç bir rayon məhkəməsinin internet səhifəsi yoxdur. Bakı şəhərinin rayon məhkəmələrinin internet səhifələri olsa da orada vətəndaşların onlayn müraciəti üçün bölməyə, məhkəmədə baxılan və baxılacaq işlərin siyahısına rast gəlmək mümkün deyil. Çıxarılmış məhkəmə qərarları və zəruri olan başqa məlumatlar da yox dərəcəsindədir.

Ali Məhkəmənin veb səhifəsi

Məhkəmələrin internet səhifələrindəki «baxılan işlər» bölməsi boşdur. Həmin məhkəmə və məhkəmənin hakimləri haqqında ümumi məlumatlardan, bəzilərində isə Məhkəmə Hüquq Şurasının köhnəlmiş xəbərlərindən başqa heç nə tapmaq olmur.

VƏKİL DƏ GİLEYLİDİR...

Vəkil Anar Qasımov deyir ki, bir vəkil kimi məhkəmələrin internet saytlarına tez-tez baxsa da ona zəruri olan məlumatları əldə edə bilmir:

«Vəkil olaraq Ali Məhkəməyə kassasiya şikayəti göndərmişəm və amma internetə daxil olmaqla şikayətimin hansı hakimə verildiyini, ona nə vaxt baxılacağını öyrənmək mümkün deyil.

Yaxud hansısa məhkəmə prosesinin qərarının elektron variantını yükləmək istəyirəm. Bu sistem bəzi məhkəmələrin saytlarında olsa da, bunun üçün məndən həmin işin nömrəsini, işə hansı tarixdə baxılıb və sair başqa məlumatları daxil etməyim tələb olunur».

Vəkil deyir ki, məhkəmə saytlarında əsas çatışmazlıqlardan biri vətəndaşların onlayn müraciəti üçün sistemin olmamasıdır.

HAKİMLƏR İSƏ "HƏR ŞEY OLACAQ" DEYİRLƏR

Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov deyir ki, məhkəmənin internet saytında yeniliklər etmək fikrindədilər:

«Allah qoysa, yaxın vaxtlarda həll edəcəyik. Bölmələr çox olacaq, məhkəmənin özündəki yeniliklər, qanunlar, qərarlar, ərizə nümunələri, baxılan işlərin siyahısı və sair».

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli deyir ki, məhkəmənin internet səhifəsində onlayn müraciət, əlaqə, qəbul bölmələri var və aktiv fəaliyyət göstərir. O, adamların əksər hallarda məlumatıları məhkəmə binasının birinci mərtəbəsindəki monitordan aldıqlarını deyir:

Ələsgər Məmmədli

«Bir poçt var, elektron poçtdur, gəlirsən, düyməni basırsan, monitorda işinin nömrəsinə, vaxtına, hansı hakimdədir, nə vaxt baxılacaq, hamısı yazılır».

İNZİBATİ MƏSULİYYƏT VAR, NƏZARƏT MEXANİZMİ YOXDUR


Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, İnzibati Xətalar Məcəlləsində informasiya təminatı ilə bağlı ayrıca fəsil var. Həmin fəsildə internet resursu yaratmamavə informasiyanı yerləşdirməməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Ancaq dövlət qurumlarının, bələdiyyələrin və məhkəmələrin internet səhifələrini hansı şəkildə etmələri sahəsi nəzarətsizdir:

«Qanunda Nəzarət mexanizmi belə nəzərdə tutulmuşdu ki, bu işlə İnformasiya Məsələləri üzrə Müvəkillik İnstitutu məşğul olacaq. Bu da 6 ay ərzində yaradılmalı idi, ancaq aradan 6 il keçib, hələ də müvəkkil təyin olunmayıb».

Hökumət İnformasiya Müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsini nəzərdən keçirir.
XS
SM
MD
LG