Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Gürcülər öz ölkələrində milli azlığa çevrilə bilərlər


GÜRCÜSTAN ƏHALİSİNİN SAYI AZALIB

2010-cu il yanvarın 1-ə olan məlumata görə, Gürcüstan əhalisinin sayı 4 436 400 nəfərdir.

Bu, 2002-ci ildə aparılmış siyahıya almada göstərilən əhali sayından cəmi 1 faiz çoxdur. O zaman əhali sayı 4 400 00 nəfər idi. Halbuki Sovet hakimiyyəıti illərində 1989-cu ildə aparılmış siyahıda Gürcüstan əhalisinin 5 449 000 nəfər idi. Yəni, son 22 ildə Gürcüstanda əhalinin sayı 1 milyon nəfərə qədər azalıb.

Mütəxəssislər bu cür kəskin enişin əsas səbəbi kimi Gürcüstan vətəndaşlarının iş tapmaq ümidiylə kütləvi şəkildə başqa ölkələrə üz tutumaları və doğumun kəskin azalmasını göstərirlər. Statistikaya görə 1990-cı ildə bu ölkədə 92 000, 1999-cu ildə isə 40 800 nəfər doğulub.

Amma son illər doğumun sayı artmaqdadır. 2006-cı ildən başlayaraq hər il Gürcüstanda doğulan uşaqların sayı əvvəlki ildən daha çox olur.

2006-cı ildə bu ölkədə 40 060, 2010-cu ildə isə 62 726 uşaq dünyaya dünyaya gəlib.

«REZONANSİ» QƏZETİ YAZIR Kİ...

Amma gündəlik «Rezonansi» qəzetinin xəbərinə görə bu ölkədə hər 20 uşaqdan biri 5 yaşına çatmamış ölür. Ana bətnində olan hər iki uşaqdan birini isə abort edirlər.

Bunlar Gürcüstanda ümumi ölkə üzrə əhali artımı barədə məlumatlar idi. Amma vətəndaşların milli mənsubiyyəti üzrə statistika bu ölkədə indi azlıq olan azərbaycanlılar və ermənilərin sürətlə artıqlarını göstərir. Gürcüstanda hətta bəzi ekspertlər hesab edirlər ki, indiki tendensiya davam etsə, 2050-ci ildə Gürcüstanda gürcülər öz vətənlərində milli azlığa çevrilə bilərlər.

2007-ci ildə Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsi məlumat verirdi ki, bu ölkədə əhalinin istifadə etdiyi ikinci ən geniş yayılmış soyad Məmmədovdur.

2002-ci ildə aparılmış siyahıyalamanın nəticələrinə görə bu ölkədə əhalinin 83.8 faizi gürcülər, 6.5 azərbaycanlılar, 5.7 faizi ermənilər, 1.5 faizi rusdur.

GÜRCÜSTANDA OLAN ÇİNLİLƏR

Amma son illər başqa ölkələrə olduğu kimi Gürcüstana da çinlilərin davamlı axını başlayıb.

Rəsmi statistikada onların sayı yüzlərlə göstərilir. Amma 2007-ci ilin avqustunda «Georgian Times» qəzeti Gürcüstanda 50 000 Çin vətəndaşının olduğunu yazırdı.

Gürcüstanın keçmiş prezidenti Eduard Shevardnadze isə bu yaxınlarda «Mteli kvira» qəzetinə bildirib ki, təkcə paytaxt Tbilisidə yaşayan Çin vətəndaşlarının sayı 40 000 nəfərdən çoxdur.

Gürcüstanda siyasi partiyalar hökumətdən çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsini, uşaq dünyaya gətirilməsini həvəsləndirmək üçün müavinətlərin təyin edilməsini tələb edirlər.

Amma belə həvəsləndirici müavinətlər haqqında qanunlar qəbul edilsə belə, onun Gürcüstanda əhali artımına ciddi təsir edəcəyi şübhəlidir. Çünki yerli medianın xəbərinə görə ölkə əhalisinin 20 faizinin yaşı artıq 60-ı keçib.

BMT-nin GÖZLƏNTİSİ


BMT-nin Əhali Fondu da qarşıdakı illərdə Gürcüstanda insanların sayının azalacağını gözləyir.

BMT 202-ci ildə bu ölkədə əhalinin sayının 4 milyondan aşağı düşəcəyini, 2050-ci ildə isə 3 267 000 nəfər olacağını proqnozlaşdırır.
XS
SM
MD
LG