Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:30

ABŞ İrandakı etirazları dəstəkləyir


ABŞ dövlət katibi Hillari Klinton İran paytaxtında aksiya keçirən minlərlə nümayişçiyə öz qətiyyətli dəstəyini ifadə edib.

Hillari Klinton deyib ki, onlar yalnız Misirə məxsus olmayan eyni hüquqlara layiqdilər: Bu gün İranda şahidi olduğumuz olaylar İran xalqının və hakimiyyət müxaliflərinin şücaətini, son üç həftədə Misir xalqının qiyamını tərifləyən İran rejiminin isə riyakarlığını göstərir”.

Tehrandakı nümayişlərdə bir nəfər ölüb. Polislə qarşıdurmada onlarla yaralanan var.
Tehranda nümayişçilər "diktatora ölüm" səsləndiriblər. BBC şahidlərə istinadən xəbər verir ki, motosikletlərdə adamlar kütləyə gözyaşardıcı qazdan istifadə edən polisin gözü qarşısında hücum edib.

Şahidlər “Associated Press”ə deyiblər ki, azı üç nəfər güllə yarası alıb, onlarla adam xəstəxanalara yerləşdirilib.

Hillari Klinton deyib ki, ABŞ adminstrasiyası etirazçıları açıq-aydın dəstəkləyir.
Onun sözlərinə görə, ABŞ son 29 ildə Misir prezidenti Hüsnü Mübarəkə verdiyi mesajları İran hakimiyyətinə də ötürüb. “Biz zorakılığın əleyhinəyik və biz cağırardıq ki, İran hökuməti oz təhlükəsizlik qüvvələrindən istifadə edib zorakılıq yolu ilə vətəndaşların ifadə azadlığına qarşı çıxmasın. Biz İran hakimiyyətindən istəyirik ki, Misir xalqına tələb etdiyi azadlıqları öz vətəndaşlarına da təmin etsin və ona zəmanət versin.

ABŞ hesab edir ki, İranda siyasi sistemin aşıq olması üçün öhdəliyə ehtiyac var. “Müxalifətin və vətəndaş cəmiyyətinin eşidilməsinə ehtiyac var”, - Klinton əlavə edib.

Fevralın 14-də müxalifət lideri Mir Hüseyn Musəvi (Mir Hossein Mousavi) ev dustağı olub və onun evinə gediş-gəlişə məhdudiyyət qoyulub.

Digər müxalifət liderlərinə də analoji təzyiqlər tətbir edilib.
XS
SM
MD
LG