Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:34

İsrailin quş casusu


Səudiyyə Ərəbistanında İsrail kəşfiyyatı Mossadın agenti olmaqda şübhəli bilinən bir kərkəs tutulub

Leş yeyən quzğun İsrailə casusluq edirmiş?

Səudiyyə Ərəbistanında İsrail kəşfiyyatı Mossadın agenti olmaqda şübhəli bilinən bir kərkəs tutulub.

Tutulanda bu iri quşun üstündən GPS ötürücüsü və “Tel Əviv Universiteti” sözləri olan kiçik lövhə tapılıb.

GPS - kosmosdan peyklər vasitəsilə Yerdə insanın və ya obyektin yerini müəyyən edən sistemdir.

GPS ötürücüsü isə özü radiodalğalar buraxır. Faktiki olaraq, kərkəsin üstündəki GPS ötürücüsü yerdəki obyektlər haqda məlumatı radiodalğalarla yaya bilərdi.

Rəsmi orqanlar hələlik istintaq aparır, ərəb ölkələrində qeyri-rəsmi fikir budur ki, kərkəs Mossadın növbəti casusudur.

DİVERSANT KÖPƏK BALIĞI

Mossadın heyvanlardan casusluq və ya diversiya məqsədi ilə istifadə etməsi fikri ilk dəfə deyil ki, səslənir.

Qubernatorun fikrincə, İsrail xüsusi təlim keçilmiş köpək balıqları ilə turistləri Misirdən qaçırtmaq istəyir
Keçən ay Misirin Sinay yarımadasında yerləşən Şarm əl-Şeyx kurortunda köpək balığı rus turistlərini öldürəndə və yaralayanda Sinayın qubernatoru rəsmi bəyanat verdi ki, bu, Mossadin işidir, Mossadın Misirə qarşı diversiyasıdır.

Qubernatorun fikrincə, İsrail xüsusi təlim keçilmiş köpək balıqları ilə turistləri Misirdən qaçırtmaq istəyir.

CASUS DƏLƏLƏR

“Associated Press” iki il əvvəl xəbər verirdi ki, İran öz nüvə obyektinin yaxınlığında iki göyərçini “həbs edib”.

Göyərçinlər Amerikaya casusluqda şübhəli bilinirdilər.

İran deyirdi ki, göyərçinlərin üstündən “metal halqa” tapılıb.

Ancaq bu metal halqa quşların köçməsini izləyən ornitoloqların quşların ayaqlarına vurduqları adi halqa da ola bilər.

İran 2007-ci ildə İran öz sərhəddində 14 dələni tutub-saxladı. İranın rəsmi məlumatına görə, bu dələlərin üstündən ən yeni casus avadanlığı tapılmışdı.

Bu ittihamların hansının düz, hansının səhv olduğunu yoxlamaq və təsdiqləmək çox çətindir. Həm də ona görə ki, bunlar casusluqla bağlıdır.

SERJANT KƏRKƏS

Polislə bağlı belə məlumatlar isə açıqdır.

6 ay bundan qabaq Britaniya mətbuatı yazırdı ki, Almaniya polisi insan qalıqlarını tapmaq üçün kərkəsdən istifadə etməyə başlayıb.

Polis deyirdi ki, leş yeyən kərkəsin insan meyidlərini tapmaq qabiliyyəti itlərin meyid tapmaq qabiliyyətindən qat-qat yuxarıdır.
XS
SM
MD
LG