Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Belarus rəsmilərinin Avropaya girişinə qadağa qoyula bilər


Macarıstanın Belarusdakı səfiri Frents Kontra çərşənbə günü bəyan edib ki, Belarusun hakim dairələri dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra həbs edilmiş bütün müxalifətçiləri azad etmılidir.

Əks halda Belarus rəsmilərinin Avropa Birliyi ölkələrinə girişi qadağan edilə bilər.

Belə qadağa hələ 2006-cı ildə keçirilmiş seçkidən sonra tətbiq edilsə də, 2008-ci ildə dayandırıldı.

Səfirin sözlərinə görə, hazırda bu sanksiyaya düşəcək rəsmilərin yeni siyahısı hazırlanır.

Yanvarın 1-dən Avropa Birliyinə 6 aylıq Macarıstan sədrlik edir.
XS
SM
MD
LG