Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Belarusda 2 Rusiya vətəndaşına 15 il iş kəsilə bilər


Belarusda keçirilmiş prezident seçkisindən sonra həbs edilmiş 2 Rusiya vətəndaşına qarşı kütləvi hərc-mərçliyin təşkili ilə bağlı ittiham irəli sürülüb.

Əgər bu sübuta yetirilsə onlara 15 il həbs cəzası kəsilə bilər.

Bu barədə İTAR TASS agentliyi Belarus Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Dekabrın 19-da Mİnskdə keçirilmiş etiraz aksiyası zamanı 600-dən çox adam həbs olunub.

Onlardan 11-i Rusiya vətəndaşıdır.

Dekabrın 29-da onların hamısı azad olunsa da elə həmin gün ikisi yenidən həbs olunub.
XS
SM
MD
LG