Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

«WikiLeaks»: Rusiya «türməsi»


Rusiyada 700 həbsxana var. Burda 63 min qadın, 12 min yeniyetmə, 814 min kişi dustaqdır
Rusiyada 700 həbsxana var. Burda 63 min qadın, 12 min yeniyetmə, 814 min kişi dustaqdır
Xodorkovskinin məhkəməsində üç günə hökmün «vur-tut» 380 səhifəsi oxunub. Hakim 800 səhifəlik hökmü oxumaqda davam etdikcə və Xodorkovskini yeni həbs cəzası gözlədikcə, WikiLeaks Rusiya həbsxanalarındakı vəziyyət haqda Amerika diplomatlarının teleqramlarını açıqlamaqda davam edir.

AZ QALA 1 MİLYON DUSTAQ

2008-ci ildə Amerikanın Rusiyadakı səfiri William Burns yazırdı ki, «həbsxanada yatanların sayının əhalinin ümumi sayına nisbətinə görə Rusiya dünyada ikinci yeri tutur».

«Rusiyada bir milyona yaxın adam - 889 min 600 şəxs həbsdə yatır. Rusiyada əhalinin hər 100 min nəfərinə 630 məhbus düşür».

Səfir yazırdı ki, «birinci yerdə ABŞ-dır, burda hər 100 min nəfərə 702 dustaq düşür, ancaq Qərb ölkələrindən fərqli olaraq Rusiyada həbsxana sistemi «kütləvi cəzalandırma instrumentidir».

GETTO SİSTEMİ

«Rusiya həbsxanası cəzalandırmaya yönəlib, islah etməyə yox. Rusiya həbsxanalarından çəkilib, çıxarılan videolar qəddarlığı və korrupsiyanı göstərir. Rusiya həbsxanalarında saxlanma şəraiti çox pisdir, ancaq burda intiharların həbsxanadan kənar intiharlardan üç dəfə az olması sürprizdir».

«WikiLeaks» qalmaqalı haqda bütün yazılar
«Həbsxana rəhbərliyi və işçiləri dustaqlar arasından bəzilərini seçib, dustaq elitası yaradır. Elitar dustaqlar məhbusları ən qəddar üsullarla idarə edirlər».

Səfir məlumat verənin adını çəkmədən yazır ki, həmin adam bu sistemi «getto sistemi» adlandırır:

«Əgər elitar dustağı öldürsələr, onun yerinə başqası təyin olunur, ola bilər ki, həmin «vəzifəyə» hətta öldürəni təyin etsinlər».

«Həbsxanada işləyənlərin maaşı azdır, ancaq cavabdehlik və şəffaflıq da azdır. Buna görə, zorakılıq və korrupsiya sistemi yaranıb. Keşikçilər ya zor işlədir ya da zorla hədələyir. Dustağın qohumları gələndə isə pulla dustağa mallar ötürürlər».

STATİSTİKA

Səfir yazır: «Rusiyada 700 həbsxana var. Burda 63 min qadın, 12 min yeniyetmə, 814 min kişi dustaqdır. Ölkədə əhalinin 22,5 faizinin ali savadı varsa, məhbuslar arasında ali savadlılar 1,3 faizdir. Dustaqların 60 faizi tutulana qədər işsiz olub. Tutulanların 70 faizi evli olmayıb».

HƏBSXANALARDA ÜSYANLAR

Ölkədə əhalinin 22,5 faizinin ali savadı varsa, məhbuslar arasında ali savadlılar 1,3 faizdir
«Keçən il Tolyatti həbsxanasında üsyan oldu. Buna səbəb 20 yaşlı dustaqların yaşlı dustaqlar olan həbsxanaya köçürülməsi idi. Qanunla 21 yaşı olmayanı yaşlılar arasına salmaq olmaz».

«Həbsxanalarda aclıq etmək ümumi etiraz forması olaraq qalır». Ancaq səfir adını çəkmədiyi şəxsin sözlərini sitat gətirir ki, həmin adamın dediyinə görə, «son vaxtlar qəddar və kütləvi döyməyə görə damarını kəsənlər çoxalıb. Telefon qadağan olunsa da, mobil telefonlar dustaqların daha mütəşəkkil olmasına imkan verib».

SİZO

«SİZO-lar, istintaq təcridxanaları həbsxanalardan pisdir. Burda bir adama 2 kvadratmetrdən az yer düşür. Rusiya qanunu isə azı 4 kvadratmetr nəzərdə tutur, Avropada bu, 7 kvadratmetrdir. Sizoların çoxunda tualet yoxdur».

AİDS

«Rusiya həbsxanalarında 41 min 500 AİDS xəstəsi var. Bu, bütün Rusiyada olan immunçatışmazlığı xəstələrinin 10 faizidir».

ÖZÜ İSLAH OLUNMALI HƏBSXANA

Səfir Burns sonda yazır: «Rusiyanın həbsxana sistemi islah olunmalıdır, ancaq ola bilsin, bu, mümkün deyil. Çünki bu həbsxanalar çar dövrünün həbsxanalarından, daha sonra QULAQ həbsxanalarından təkamül yolu ilə gələn həbsxanalardır».
XS
SM
MD
LG