Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Beynəlxalq aləm Belorus hakimiyyətini qınayır


Avropa Birliyi Belorus hakimiyyətini həbs olunmuş müxalifətdən olan namizədləri dərhal azad etməyə çağırıb. Bundan əvvəl isə ABŞ müxalifətin Minskdə keçirdiyi aksiyada zor tətbiq etdiyi üçün qınayıb.

Almaniyanın xarici işlər naziri Gido Vestervell isə hökumətin mitinqçilərə qarşı zorakı hərəkətlərini yolverilməz adlandırıb.

Polşa Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilir ki, Minskdəki həbslər və axtarışlar narahatlıq yaradır. Polşa da həbs olunanların azad olunmasına tələb edir. Belə bir bəyanatla Litva da çıxış edib.

Belorusda dünənki prezident seçkisindən sonra Aleksandr Lukaşenkonun 9 rəqibindən yeddisi saxlanılıb.
XS
SM
MD
LG