Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Tanınmış rus yazıçısının romanı ilk dəfə Azərbaycan dilində


“Ən yeni tərcümə” seriyasından tanınmış rus yazıçısı Viktor Pelevinin “Omon Ra” əsəri nəşr olunub.

Bu, Pelevinin Azərbaycanda nəşr olunan ilk irihəcmli əsəridir.

Kitabın Azərbaycanda yayım hüquqları “Qanun nəşriyyatı”na məxsusdur.

“Oman Ra” Günel Mövlud tərəfindən tərcümə olunub. Viktor Pelevin kitabının azərbaycanca nəşrindən məmnun olduğunu bildirib.

Viktor Pelevinin “Omon Ra” (1991) romanı baş qəhrəmanın adı ilə adlandırılıb.

Süjet Sovet kosmonavtlarının Aya uçuşuna hazırlığı üzərində qurulub.

Onlardan biri kitabm baş qəhrəmanı – Omon Krivomazov həm uçuşun özündə, həm də kosmonavtikanın “ifşasında” iştirak edir.

Viktor Pelevinin özünün etirafına görə, kitabda simvolik mənada kommunist cəmiyyətini, “Sovet Kosmosu”nu ifadə edən “tonal” ideyasından istifadə edilib.

Kitab kosmonavtlara deyil, əlahiddə “Sovet kosmosu”nda yaşayan sadə adamlara – “Sovet kosmosu qəhrəmanları”na həsr edilib.

Süjetdə Maresyev adına yay peşə məktəbinin adı çəkilir.

Orada kursantlar məktəbə daxil olduqdan sonra Vətən naminə onların ayağı kəsilir, sonra isə təyyarələri idarə etmə öyrədilir.

Viktor Pelevin
Məktəbin rəhbəri deyir ki, ayaqlarını Vətənə hər kəs hədiyyə edə bilər, ağır iş deyil, “Sən həyatını qurban verməyi sına!”.

Kitabda ötəri də olsa, həmçinin, buraxılış imtahanları pulemyot atəşləri ilə müşayiət olunan Aleksandr Matrosov adına piyada məktəbi və məzunları iflic və kor əlillər olan Pavel Korçagın adına ali hərbi-siyasi məktəbin də adı xatırladılır.

1993-cü ildə Viktor Pelevinin “Omon Ra” povesti iki ədəbi mükafata – “İnterpresskon” və “Bronzovaya ulitka” mükafatlarına layiq görülüb.

Həmçinin oxu
Nobel mükafatlı yazıçının romanı ilk dəfə Azərbaycan dilində
XS
SM
MD
LG