Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı artırıla bilər


Azərbaycan Təhsil Nazirliyi ölkənin ali məktəblərində dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Təhsil naziri Misir Mərdanov deyib.

“Ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı özəl ali məktəblərdəki təhsil haqqından yüksək olmalıdır. Çünki dövlət sifarişli ixtisaslara qəbul olunmuş tələbələrin sayı artdıqca ali məktəblərin də gəliri çox olacaq”, - Mərdanov deyib.

Azərbaycanın ali məktəblərindəki dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı orta hesabla 800-900 manatdır.

Mərdanov deyib ki, ali məktəblər müstəqil maliyyələşdirmə mexanizmində könüllülük prinsipi ilə iştirak edir.

“Ola bilər ki, bəzi ali məktəblər bu prosesdə iştirak etsin, bəziləri iştirak etməsin. Bu, Azərbaycan hökuməti olaraq, bizim bu prosesi necə həyata keçirəcəyimizdən asılıdır. Əgər digər universitetlər görsə ki, ali məktəblər bu prosesə qatılmaqla udur, onda hamı bu mexanizmdə iştirak edəcək”, - Təhsil naziri əlavə edib.
XS
SM
MD
LG