Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

«Cənab prezident, iki il vaxtınız qalır»


Amerikada seçicilər səsverməyə çağırılır
Amerikada seçicilər səsverməyə çağırılır
Noyabrın 2-si Amerikada seçkilərdir. Nümayəndələr palatasında 435 yerin hamısına, Senatda 100 yerdən 37-nə və 37 ştatda qubernator yerinə seçkilərdir.

Hazırda hakim Demokrat Partiyasının müxalifətdəki Respublikaçılar Partiyasından Senatda 10 yer, Nümayəndələr Palatasında 39 yer üstünlüyü var.

PROQNOZLAR

Respublikaçılar partiyasının Nümayəndələr Palatasında çoxluğu qazanacağı gözlənilir.
CNN televiziyasının sorğusunda respublikaçılar demokratları 10 faiz qabaqlayır.
Müxtəlif rəy sorğularının nəticələrini Konqresdəki yerlərin sayına çevirəndə, respublikaçılar demokratlardan azı 50 yer çox qazanacaqlar.

Ancaq elə həmin ehtimallara görə, respublikaçılar Senatda çoxluğu demokratlardan ala bilməyəcək. Hərçənd respublikaçılar bu seçkilərdə demokratlardan azı 6 yer çox qazanacaq.

Respublikaçıların bu gözlənilən uğurunda Çay Partiyası namizədlərinin uğuru böyük rol oynamalıdır.
Bu hərəkat öz sıralarında çoxlu sayda keçmiş respublikaçını birləşdirməklə yanaşı, ideoloji cəhətdən də Respublikaçılarla eyni cəbhədəndir - vergiləri azaltmağın və kiçik hökumətin tərəfdarıdır.

Ancaq Respublikaçılar hətta Nümayəndələr Palatasında əksəriyyəıti qazansalar belə, qanunları keçirmək üçün onlara Senatda 60 yer lazımdır. Bu isə qeyri-real hesab olunur. Çünki rəy sorğularında respublikaçıların bu qədər üstünlüyü yoxdur.

Prezidentin qoyduğu vetoların qarşısını almaq üçünsə, respublikaçıların Senatda 67 yeri olmalıdır.


OBAMANIN PREZİDENTLİYİNƏ TƏHLÜKƏ?

İndiki seçkilərə iki il sonrakı prezident seçkilərinə hazırlıq kimi baxanlar da var.

Alyaskanın keçmiş qubernatoru, son prezident seçkilərində vitse-prezidentliyə namizəd Sara Palin bildirib ki, bu seçkilər prezidentə “Cənab Obama, sizin iqtisadiyyatı düzəltməyinizə cəmi iki il vaxtınız qalır” – deyəcək.

ABC televiziyasının sorğusuna görə, demokratların 47 faizi fikirləşir ki, 2012-ci ilin prezident seçkilərinə namizəd olmaq üçün Obamanın öz demokrat partiyasının içindəki seçkiləri udması sual altındadır.

Ancaq Demokrat Partiyasının Milli Komitəsinin sədri Tim Keyn indiki seçkilərə belə qiymət verilməsinin əleyhinədir. O deyir: “Bu seçkilər yalnız seçimdir. Referendum deyil”.

“XƏRC SUNAMİSİ”

Bu seçkilərdə bir mübahisəli məsələ də bütün namizədlərin seçki kampaniysına birlikdə 4 milyard dollar xərcləməsidir. Bunu Vaşinqtondakı Məsuliyyətli Siyasət Naminə Mərkəz deyir.
Siyasi şərhçilər bu qədər pul xərcləməyi “xərc sunamisi” adlandırırlar.

Maliyyə Mərkəzi Wall Street, sığorta şirkətləri, enerji şirkətləri seçkilərin ən böyük donorlarıdır.

Amerikada seçki xərcinə həmişə limit olub. İndi xərclərin belə artması bu ilin əvvəlində Ali Məhkəmənin bir ziddiyyətli qərarı sayəsində baş verir.

Qərarda deyilir ki, “ siyasi xərclər azad sözü müdafiə etməyin formasıdır”.
Bu o deməkdir ki, korporasiyalar federal seçkilərə nə qədər istəyirlər, o qədər xərc çəkə bilərlər.

Qərarda deyilir: “korporasiyalar seçki kampaniyalarına pulu birbaşa verməyərək, səs verən ictimaiyyəti başqa yollarla, o cümlədən reklamlarla inandırmağa çalışa bilərlər”.

Vətəndaş haqları qrupları Ali Məhkəmənin bu qərarını qətiyyətlə pisləyirlər. Onların fikrincə, bu, varlı biznesə seçkilərə məhdudiyyətsiz nüfuz etməyə şərait yaradır.
XS
SM
MD
LG