Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:41

“Mən ölürəm, kimsəni də qınamayın bundan ötrü”


Yeseninin dəfni
Yeseninin dəfni
Günel Əhmədova

Bütöv zəncirin qırılan hər bir halqası bizi oraya – ölümə doğru sürükləyir. Hər ölümdən danışılanda bu fikirlərə rast gəlirsən; “ölüm o qədər adiləşib ki”...

Doğrudan da, insanları əski zamanlardakından fərqli, çox az şeylər təəccübləndirə bilir.

Bütün insanların nə vaxtsa ağlından keçirdiyi bir şey; sui-qəsd və ya intiharetmə. İntihar...

İntihar ölümlərin ən tragik olanı deyilmi? Zəncirin halqalarının süni şəkildə birdəfəlik və ya həmişəlik qırılması.

Düzdür, bəzən birdəfəlik qırılmaya da bilər.

Dəngə pozulanda əvvəlcə depressiyaya düşürsən, sonra yeganə çıxış yolu olaraq ölümü seçirsən və intihar məktubundakı: “Mən ölürəm, kimsəni də qınamayın bundan ötrü” yaşamın son sözlərinə çevrilir.

Lakin ən çox üzücü görsənən, öz mənəvi doyumumuzu onlarda tapdıqlarımızın intihar etməsidir.

Çünki söhbət yer üzünün füsunkarlıqlarını öz fırçasında əks etdirən rəssam, şeirlər yazan şair, insan ruhuna qida verən musiqilər bəstələyən duyğu sahibindən gedirsə, vəziyyət daha da acınacaqlı olur.

Ədəbiyyatda yazarları ölümün pəncəsinə atan səbəblər haqqında ətraflı bilgi tapmaq bəzən çətin olur.

Lakin yaradıcı insanların intiharları, daha doğrusu intihar məktubları haqqında oxduqlarımdan bir neçəsini sizlərlə də paylaşmaq istəyirəm.

Müxtəlif yerlərdə tez-tez bu sözlərə rast gəlirik. “Yazarlar çox düşüncəli, stresli insanlardır, daima bir düşüncə - sıxıntı içindədirlər. Bəzən bir şeir, bir yazı üçün səhifələrlə kağız, saatlarla zaman və qarşılıqsız əmək sərf edirlər.”

Buna etiraz etmirəm. Yenə də dünyada heç bir haqq insanlara, xüsusilə də mənəvi qidamızı adıqlarımıza özünəintihara izin vermir.

Bir şey də var. Kim təminat verə bilər ki, qınaq obyektinə çevirdiyimiz şeylərin bizim başımıza gəlməyəcəyindən sığortalanmışıq? “Budur ölürəm.

Kimsəni suçlamayın bundan ötrü. Hələ dedi-qodulardan unutmayın ki, mərhum nifrət edərdi. Anacan, qardaşlarım, yoldaşlarım! Bağışlayın məni.

Bu doğru iş deyil, bilirəm (kimsəyə də məsləhət görmürəm), amma mənim üçün başqa bir çıxar yol qalmadı.” Bu sətirlər, 1930-cu ildə intihar edən şair Mayakovskinin son məktubunda yer alır.

Halbuki, özündən 5 il öncə, 1925-ci ildə intihar edən Sergey Yesenini qınayaraq, arxasından:

Ernst Heminquey
“Bu yaşamda ən asan iş ölməkdir. Əsl güclü olmaq isə, yepyeni bir yaşama başlamaqdır” deyərək onun intiharını sorğulayan həmən Mayakovski deyilmi?

“Yaxşı bir ölüm ən gözəl yaşamdır” deyən şair Johann Christian Günthers’in sözlərinin qarşısında; rus şairi Yeseninin intihar etmədən əvvəl yazdığı “Bu yaşamda yeni bir şey deyil ki ölüm, amma heç yeni sayılmaz yaşamaq da” misraları durur.

Bir miskinlik, tərk edilmişlik və çarəsizlik var bu intiharların arxasında sanki, həm də maraqlı bir həyat tarixçəsi.

İntihar etmiş yaradıcı insanların hansı haqqında oxuyuramsa, yazılarında ölüm işarətlərinə rastlayıram.

Məncə, bütün yaradıcı insanlar nə vaxtsa intihara gedən yolda onun işarətlərini qoyurlar. Onsuz da, yaradıcı insanlar çox duyğulu olduqları üçün yardıcılıqla məşğuldurlar.

Niyə intihar etmiş insanları qınayırıq? Bəlkə də nədənləri anlamaqda çətinlik çəkirik. Axı, sonuc ölümdürsə, səbəb cəmiyyətimiz getdikcə daha da laqeyd olması, bizlərin etinasızlığı deyilmi?

İntihar məktublarındakı sətirlər yaradıcı insanların yaşam hekayətlərinin son sətirləridir.

Amerikalı yazar John Kennedy Toole kitabının nəşriyyat tərəfindən çap edilməməsindən sonra 39 yaşında intihar edir.

Kitabı ölümündən sonra çap olunur və Pulitzer mükafatını qazanır, sağ qalsaydı Nobeli də qazanardı. Lakin öldükdən sonra bunların nə faydası?

Yəhudi əsilli avstriyalı yazıçı Stefan Zweig arvadıyla birlikdə Hitlerin qurduğu dünya düzənin əbədi olması qorxusundan girdiyi əzablardan qurtara bilmir və arvadıyla birlikdə intihar edir.

Həyatının sonlarına doğru hər şeyin boş olduğu sonucuna varan Nobel mükafatçısı Ernest Hemingwayin intiharı, arvadının ölümündən sonra yaşamaq istəməyib özünəqəsd edən Romain Gary’in ölüm hekayələri vardır.

Stefan Sveyq
Bir neçə dəfə intihara təşəbbüs etmiş və sonda 72 yaşında hava qazıyla buna nail olan, dünya və yapon ədəbiyyatının tanınmış simalarından olan, Nobel mükafatlı yazıçı Yasunari Kavabata və daha kimlər bu siyahıya aiddir.

40 yaşında dərman içərək intihar edən Jack Londonu yazdığı kitablardan böyük məbləğdə gəlir əldə etməsi də xilas edə bilmir.

Bir də ən təəssüflüsü odur ki, məhz “xoşbəxtlik professoru” adına layiq görülmüş, xoşbəxtlik və ümid haqqında 20-dən çox kitabın müəllifi Choi Yoon-Hee öz əri ilə birlikdə bu intihar notunu:

“İki il öncə hiss etdim ki, bədənimdə baş verən bir şeylər vardır. Çətin zamanlar keçirdim və xəstəliklərə qarşı mücadilə etdim, lakin artıq gücüm qalmadı, ərim isə yalnız ölməyimə izn vermir.

Odur ki, birlikdə intihar edirik, məni sevən və güvənən insanlardan üzr istəyirəm” yazaraq 63 yaşında öz canına qıyır.

Ədəbiyyatda hər kəsin yaxşı tanıdığı tanınmış yapon yazıçısı Mişima Yukio cinsi həyatındakı qalmaqallar ucbatından çəkdiyi əzablara və yapon cəmiyyətindəki dəyişikliklərə dözməyərək harakiri (yapon intihar növü) edir.

İntihar edən bütün yaradıcı insanların son notlarında onların cəmiyyət tərəfindən qınanılacağı qorxusu var.

Ola bilsin, biz onları qınamırıq, amma itirdiklərimiz üçün təəssüf və məyusluq keçirdiyimiz anlar çox olur.

Qafqazinfo
XS
SM
MD
LG