Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Prezidenti tərifləyib səs almaq istəyənlər


Azerbaijan – parliamentary elections debate on Public TV, Oct2010
Azerbaijan – parliamentary elections debate on Public TV, Oct2010
Oktyabrın 21-də Ictimai televiziyada deputatlığa namizədlərin pulsuz, 4 dəqiqəlik çıxışları davam etdi. Bu debatlardan bəzi məqamları diqqətinizə çatdırırq

KÖHNƏ RƏQİBLƏRİN YENİ QARŞILAŞMASI

“Mənim mandatımı bax, bu Zahid Oruca veriblər”.

Çıxışına bu sözlərlə başlayan 93 saylı Bərdə seçki dairəsindən AXCP-Müsavat seçki blokunun namizədi Namət Əliyev oldu.

“Avropa İnsan Haqları Məhkəməsi Zahid Orucun mandatının saxta olduğunu sübuta yetirdi. Haqq nazilir, amma üzülmür. Ona görə, siz də seçkilərdə fəal olun”.

Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc isə opponentinin “çox pafoslu AXCP üslubunda” danışdığını, Avropa Məhkəməsinin isə məğlubların son sığınacaq yeri olduğunu bildirdi.

Bundan sonra onların arasındakı dialoq təxminən belə davam etdi.

Namət Əliyev: “Bu mandatın mənim olduğunu Avropa Məhkəməsi təsdiqləyib. Siz üzr istəməkdənsə, yenə də özünüzü Bərdəyə deputat kimi soxuşdurmaq istəyirsiz”.

Zahid Oruc: “Siz burda AXCP-Müsavat birliyindən danışırsız. Sual edirəm: o hansı birlikdir ki, onun liderləri İsa Qəmbərlə Əlı Kərimli bir-birinə nifrət edir?”

Namət Əliyev: “Aşığın sözü qurtaranda dalay-dalay deyir. Mən sizə məhkəmə qərarından danışıram”.

Zahid Oruc:“Sizin kimi yüzünün, mininin cavabını verərəm...”

“NİYƏ MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏMƏLİYİK?”

“Məmura sizdən Mehriban Əliyevaya yazacağıq deyən kimi özlərini düzəldirlər. Niyə Mehriban xanımdan kömək istəməliyik, niyə ombudsmana, prezidentə teleqram vurmalı, şikayət yazmalıyıq? Niyə məmurlar öz işlərini görmək istəmirlər?”

Bu sualı oktyabrın 21-də İctimai televiziyadakı çıxışı zamanı 38 saylı Nizami ikinci seçki dairəsindən seçkilərə qatılan Sevinc Rzayeva səsləndirdi.

DEPUTATIN TƏRİFİ

“Millət vəkili hər zaman prezidentin yanında olan insandır. Hər zaman ona dəstək olan insandır”.

Bunu da deputat Jalə Əliyeva söylədi. O namizədliyini 92 saylı Zərdab-Ucar seçki dairəsindən
irəli sürüb.

“CƏNAZƏMİZİN ÜSTÜNDƏN KEÇƏRSİZ”

Klassik Xalq Cəbhəsi Partiyasının 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədi Ataş Əhmədov çıxışına həyəcanla başladı. Hətta arada mətndə qarışıqlıq yarananda “Bir dəqiqə vaxtı saxlayın” deməklə fikrini toplamağa çalışdı. Amma az sonra o çıxışa şeirlə davam etdi.

Ataş Əhmədovun sözlərinə görə, parlament seçkiləri demokratik keçərsə, bu ölkədə barışa xidmət edəcək.

“Seçkilər saxtalaşdırılsa, bizim cənazələrimiz üstündən keçməli olacaqsız. O bayraq altında oturub özünüzü doyurmağınız bəsdir”.

“SƏN DƏ SAHİBKAR OL!”

96 saylı Goranboy-Naftalan seçki dairəsindən AXCP-Müsavat seçki blokunun namizədi Yusif Namazovun seçicilərinə müraciəti rəqiblərinin narazılığına səbəb oldu.

“Bilirəm ki, seçki qutularından iyrənmisiz. Amma biz sizlərin səsinin itiyini Avropa Məhkəməsindən tapacağıq”.
YAP-çı namizəd Hafiz Muxtarov rəqibinə xalqın unutqan olmadığını söylədi və onu indiki hakimiyyətlə o vaxtkı hakimiyyət arasındakı fərqi görməyə çağırdı. Goranboyunun gün-gündən gözəlləşdiyini dedi.

Sahibkar Mahir Aslanov isə təbliğat başlasa da, Yusif Namazovun kəndlərdə görüş keçirmədiyinə, bir plakatı belə olmadığına diqqət çəkdi.

Yusif Namazov rayondakı inkişafla bağlı bunu dedi: “Bər-bəzək var. Amma niyə rüşvətxorluqdan danışmırsız?..”
O ki qaldı, plakatının olmamasına, bunu maddi imkansızlıqla bağladı.

Mahir Aslanov isə cavabında dedi ki, sən də məni kimi sahıbkarlıqla məşğul ol...

BƏS TƏNQİDİ KİM EDƏCƏK?

Həmin gün 77 saylı Lənkəran seçki dairəsindən olan namizədlərin də debatı keçirildi. Lakin bu görüş fikir mübadiləsindən çox, hakimiyyətin tərifi üzrə yarışa bənzəyirdi. Namizədlərin dördü də sadəcə, hakimiyyətin, prezident İlham Əliyevin uğurlarından danişdı.
XS
SM
MD
LG