Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

ABŞ rəsmisi Bakıda İran təhlükəsindən danışdı


Stüart Levi
Stüart Levi
“Bakıda olmağımın məqsədi burdakı rəsmiləri digər ölkələrdəki rəsmilərlə apardığımız qarşılıqlı əlaqələrlə bağlı məlumatlandırmaq, beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönündə birgə işləyə biləcəyimiz yollarla bağlı onlarla məsləhətləşmələr aparmaqdan və BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin mandatını icra etməkdən ibarətdir”.

Bunu oktyabrın 19-da Bakıda prezidentlə, Mərkəzi Bankın sədri, maliyyə naziri, xarici işlər naziri və Azərbaycandakı özəl sektorun rəhbərləri ilə görüşündən sonra ABŞ-ın Terrorizmlə Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə Maliyyə nazirinin müavini Stüart Levi jurnalistlərə bildirib.

S.Levi deyib ki, ABŞ-la Azərbaycanın maraqları bir araya gələn sahədir. Burada bir sıra qarşılıqlı maraqlar var və görüşlərdə İrana qarşı tətbiq edilmiş sanksiyaların son raundu barədə rəsmilərə məlumat verib:

“İnanırıq ki, bu, ABŞ ilə Azərbaycanın maraqlarının bir araya gəldiyi sahədir. Azərbaycanın maliyyə sistemini İran tərəfindən törədilən təhlükədən müdafiə etmək Azərbaycanın maliyyə sektorunun nüfuzunun qorunub saxlanmasına və nəticə etibarilə bura investisiyaların cəlb edilməsinə kömək edir”.

Stüart Levi deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi tam şəkildə həyata keçirilməlidir:

“Xüsusilə hər bir ölkə hər hansı maliyyə ötürülməsinin qarşısını almağa çalışmalıdır”.

“İranla Azərbaycan arasında müştərək layihələrin həyata keçirilməsi BMT Təhlükəsizlik Şurası qətnaməsinin tələblərinə uyğundurmu” sualına cavabında Stüart Levi bildirib ki, biz hələ bu layihələrin tələblərə uyğun olub-olmadığını müəyyənləşdirməmişik:

“İranla hər hansı müştərək layihə həyata keçirilərkən buna fövqəladə perspektivlə yanaşmaq lazımdır. BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində də deyilir ki, İranla hər hansı bir əlaqə, məsələn, enerji, raketlə bağlı bir sıra layihələr həyata keçirilərkən müəyyən perspektivlərlə yanaşmaq lazımdır”.
XS
SM
MD
LG