Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:55

«AXCP-Müsavat» bloku seçkidən kənarda qala bilər


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
«AXCP-Müsavat» blokunun seçkidə blok kmi iştirak etməsi üçün yalnız 6 nəfər ehtiyatımız qalıb. Hazırda bütün namizədlərimizə baxılsa belə, 66 namizədimiz ola bilər. Yəni bundan sonra daha 6 nəfərin namizədliyi qeydə alınmasa, bu, «AXCP-Müsavat» blokunun seçki bloku olaraq seçkidən kənarda qalması demək olacaq».

Bunu oktyabrın 12-də AXCP-Müsavat liderlərinin mətbuat konfransında AXCP sədri Əli Kərimli deyib. Onun iddiasına görə, hökumət seçkilərə qatılan müxalifət namizədlərinə qarşı məqsədyönlü kompaniya aparır və açıq rəqabətdən qaçır.

Ə.Kərimli bildirib ki, blokun 92 namizədindən bu günədək 25-i təsdiqlənib, 26-nın namizədliyindən imtina edilib, 41 dairə üzrə nümayəndələrin məsələsinə hələlik baxılmayıb:

«Blokun qeydiyyatdan keçmə ehtimalı qalır. Amma tendensiya ona gedir ki, bizim hər iki namizədimizdən birini qeydə alıb, birindən imtina edirlər. 50 faiz prinsipi ilə bizi qeydiyyatdan keçirirlər. Bu tendensiya məqsədyönlü tendensiyadır».

Müsavat başqanı İsa Qəmbər isə yerli və beynəlxalq mütəxəssislərə təklif edib ki, komissiya yaradaraq iqtidar və müxalifətin qeydiyyatdan keçən və keçməyən namizədlərinin sənədlərini yoxlasınlar:

«Bir komissiya yaradılsın, bizim qeydiyyata alınmayan namizədlərin imza və sənədlərini yoxlasınlar və YAP-ın qeydiyyata alınan namizədlərinin sənəd və imzalarını yoxlasınlar. Əgər YAP-ın 113 namizədindən 13-nün sənədləri qanunvericiliyin tələblərinə uyğun olsa, mən siyasətdən gedərəm. Yoxlasınlar rəy versinlər».

«AXCP-Müsavat» seçki bloku oktyabrın 17-də Bakı şəhər İcra Hakimiyyətinin qərarından asılı olmayaraq, aksiya keçirmək niyyətində olduğunu da açıqlayıb.
XS
SM
MD
LG