Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:55

«Regionun ən repressiv ölkəsi – Azərbaycan»


«Freedom House» təşkilatının avqustun 31-də açıqladığı «Dünyada işçilərin hüquqları: Ədavətli dünyada azad işçi qüvvəsi» adlı hesabatında belə qeyd olunur. Təşkilat 165 ölkədə ticarət birliklərinin işini və işçilərin azadlığını qiymətləndirib.

İlk dəfədir hazırlanan hesabata görə, dünya əhalisinin 3-də biri işçi hüquqlarının pozulduğu cəmiyyətlərdə yaşayır. Hesabat Qərbi Avropadan başqa beynəlxalq səviyyədə tanınan əmək normalarının bütün regionlarda pozulduğunu üzə çıxarıb. Ən ciddi hüquq pozuntuları Yaxın Şərq və keçmiş Sovet ölkələrində qeydə alınıb.

«Freedom House» ölkələri 5 kateqoriyaya bölüb: «azad», «əsasən azad», «qismən azad», «repressiv» və «çox repressiv». Azərbaycan – «repressiv»lər siyahısındadır. Qonşu Ermənistan, Gürcüstan isə «qismən azad» hesab olunurlar.

Belarus, Birma, Kuba, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Vyetnam da daxil olmaqla 14 ölkədə işçilərin hüququ daha çox pozulur.

«Dünyada işçilərin hüquqları: Ədavətli dünyada azad işçi qüvvəsi» reytinqi 2009-cu ili əhatə edir.
XS
SM
MD
LG