Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Bloqqerlərin kasasiya şikayətinə avqustun 19-da baxılacaq


Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə və Emin Milli
Ali Məhkəmə avqustun 19-da həbs olunmuş bloqqerlər Emin Milli və Adnan Hacızadənin kasasiya şikayətinə baxacaq.

Bu barədə «Turan»a vəkil İsaxan Aşurov bildirib.

Buna qədər - iyulun 26-da Qaradağ rayon Məhkəməsində Adnan Hacızadənin vaxtından əvvəl azad olunması haqda müraciətinə baxılacaq.

A.Hacızadə və E.Milli beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıb. Onlar ötən ilin noyabrında xuliqanlıq ittihamı ilə 2 və 2.5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Martın 10-da Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
XS
SM
MD
LG