Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:52

«Mətbuatla kim mübarizə aparıbsa, həmişə o uduzub»


Zeynal Məmmədli
«Jurnalistin həbsi söz və mətbuat azadlığına verilən çox pis mesajdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində ekspert Zeynal Məmmədli deyib. O bildirib ki, hansısa bir jurnalisti həbs etmək söz və mətbuat azadlığından ehtiyatlanmaq kimi başa düşülməlidir:

«Biz necə davranmalıyıq ki, mediaya olan inamın qopmasına imkan verməyək. Çünki istənilən bu cür hərəkətlər, yəni hakimiyyət tərəfindən olan məhdudiyyətlər bu inamı zəiflətməyə yönəlibsə, medianı yarınma mediasına çevirmə niyyəti daşıyırsa, eyni zamanda medianın üzərində bir məsuliyyət var ki, mən hakimiyyətlə çəkiş-boğuş şəraitində xalqın yaddaşında qəhrəman kimi görünüm. Bax bu kontekstdə sözsüz ki həmkarımız Eynulla ilə bağlı da danışırıq və deyirik ki, onun baxışlarını, davranışlarını bəyənib-bəyənmədən asılı olmayaraq həbsdə olması söz və mətbuat azadlığına verilən çox pis mesajdır. Onu həbs etmək söz və mətbuat azadlığından qorxmanın
Qulu Məhərrəmli
əlamətidir».

Verilişdə iştirak edən digər ekspert Qulu Məhərrəmli də deyib ki, mətbuatda bu gün çatışmayan başlıca cəhət söz və mətbuat azadlığıdır:

«Bugünki mətbuatda azadlıq, müstəqillik, peşəkarlıq çatmır. Bəzən peşəkarlıqda böyük problem olmur. Əgər azadlıq varsa, sərbəstdirsə, heç kimdən və heç nədən asılı deyilsə, o mətbuat bu cəmiyyətə fayda verə bilər. Yox, əgər bu gün mətbuata su borusu ilə pul axıtmış olsaq da, əgər o müstəqil deyilsə, cəmiyyətin problemlərini ayna kimi göstərə bilmirsə, hakimiyyəti tənqid edə bilmirsə, sərbəst araşdırmalar aparıb ictimai rəyə mesaj verə bilmirsə, bu mətbuatın heç bir faydası olmayacaq».

Şahbaz Xuduoğlu
«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə deyib ki, əsas odur ki, mətbuat təzyiqdən azad olsun və təzyiq etməsin:

«Mətbuatla kim mübarizə aparıbsa, həmişə o uduzub. Ona görə gərək mətbuatı elə bir səviyyədə saxlaya biləsən ki, nə onu təzyiq altına sala biləsən, nə onun təzyiqinə düçar olasan. Təəssüf ki, biz də o problemlər formalaşmayıb. Ona görə Azərbaycan mətbuatının nə tirajı kifayət qədərdir, nə azadlığı var, nə ümumiyyətlə belə bir institut tam mükəmməl qaydada oturuşub».


XS
SM
MD
LG