Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Adnan Hacızadənin doğum günüdür


«Adnan möhkəmdir, optimistdir, hamıya salam deyir».

İyulun 13-də həbsdəki bloqqer Adnan Hacızadə ilə görüşə gedən atası Hikmət Hacızadə belə deyir. Bu gün bloqqerin 27 yaşı tamam olur.

A. Hacızadə ABŞ–da təhsil alıb, «Ol» Gənclər Hərəkatının yaradıcılarındandır. O, büdcə hesabına Almaniyadan bahalı eşşəklərin alınmasına etiraz olaraq satirik videorolikin ideya müəllifidir.

Adnan Hacızadə və digər bloqqer Emin Milli ötən il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar. Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG