Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Böyük futbolun azarkeşləri


Tbilisidə fan-klub
Tbilisidə fan-klub
Futbol azarkeşləri böyük həyəcanla ekranlar quraşdırılan açıq bar və restoranlara toplaşır. Oyunlar gedən vaxt xüsusi fan-klublar ağzına kimi dolu olur. Gürcüstan digər ölkələr kimi futbolla yaşayır.

«Ən maraqlı oyunlar hələ qabaqdadır, ancaq gürcü azarkeşlər artıq indidən qızışıblar».

İdman Departamentinin press attaşesi Giorqi Çanişvili belə hesab edir:

«Bu mərhələdə İngiltərə, İtaliya, Hollandiya və Braziliya azarkeşləri daha fəaldırlar. Güman ki, məhz bu komandalar maraqlı futbol nümayiş etdirəcəklər. Şəhərdəki kafe və barların qarşısında xeyli azarkeş, bayraq, müxtəlif futbol atributlarını görmək olar... Rəsmi fəaliyyət göstərən fan-klubları nəzərə almasaq vəziyyət bax belədir ... Əsas oyunlar hələ qarşıdadır, ona görə də maraq böyükdür».

Nə olsun ki, Gürcüstan dünya çempionatında iştirak etmir. Bu amil böyük futbolu sevənlərin kefini pozmur. Giorqi Çanişvili gənclərin bir ay ərzində enerjisini məhz böyük idmana sərf etdiyini deyir:

«Yaxşı olardı ki, gənclər enerjisini futbola baxmağa sərf etsin, pivə içsin, səhər futbol oynasın... Bu vaxtlar Tbilisi canlanır və bu insanı sevindirir».

Quram Meqrelişvili Serbiya yığmasına azarkeşlik edir. O, Yuqoslaviya dağılana qədər bu ölkəyə simpatiya bəsləyirdi. Azarkeşlərin əksəriyyətinin aparıcı futbol ölkələrini dəstəklədiyi zamanda niyə məhz
Serbiya-Almaniya oyunu
Serbiya?

«Serbiyanın xüsusi istedadı var... Məsələn, onlar 3-0 hesabı ilə uduza, meydanda 8 nəfərlə qala, ancaq sonda qalib gələ bilirlər».

Quram Meqrelişvili futbola dostlarının və yaxınlarının əhatəsində baxmağa üstünlük verir. Səs-küylü mühitdə oyunu diqqətlə izləyə bilmədiyini deyir və azarkeşlərin ifrat ajiotajını bəyənmir:

«Bu günlərdə Braziliya azarkeşlərinin necə səs-küylə maşınlarla hərəkət etdiyini gördüm. Bu, mənə gülməlidir. Məncə, bu yolla onlar öz uğursuzluqlarını göstərirlər. Mübahisə edirlər ki, kim daha yaxşıdır – Braziliya ya İtaliya?.. Məncə, futbola yalnız futbola görə baxmaq lazımdır».

Düşünməyin ki, futbol bayramı yalnız paytaxt Tbilisidə hiss olunur. Əsla yox. İmeretidə kutaisili azarkeşlərin də əhvalı çox yüksəkdir:

- «Mən Argentinaya azarkeşlik edirəm, bu komandanı, xüsusilə Maradonanı sevirəm. Totalizatorlarda oynayıram, xüsusilə Argentinanın xeyrinə».

- «Axşamlar bütün rayon toplaşır, pivə içir və futbola baxırıq».

- «Mən də oğlumla birgə baxıram, Argentinaya azarkeşlik edirəm».

- «Mən Braziliyanın oyununu izləyirəm. Bəzən mərc edirəm, ancaq hələ ki, bəxtim gətirməyib».

Braziliya yığması məşqdə
Futbol müxtəlif yaşlı azarkeşləri birləşdirir. Rustavi şəhərində yaşlı insanlar belə hesab edir.

«Argentina, Argentina, mən onu dəstəkləyirəm.

- Yox, mən Dünya Kubokunu Avropa ölkələrinin –İtaliya, İspaniyanın... almasını istəyirəm...».

Gürcüstanda futbolu yalnız kişilər izləmir. Tamta Kilosanidze 1998-ci ildən bəri Braziliyanın azarkeşidir. 9 aylıq hamilə qadın Braziliyanın oyununu fan-klubda izləməkdən özünü saxlaya bilməyib. O, futbola sakit şəraitdə baxa bilmədiyini deyir:

«Oyun zamanı elə emosiyalarım yaranır ki, qışqıra, söyə bilərəm. Uşaq gözləməyimə baxmayaraq, futbolu yenə də ictimai yerdə izləmək qərarına gəldim... Evdə futbola baxmaq darıxdırıcıdır... Mən braziliyalı futbolçuların oyunundan həzz alıram, onlar sonacan oynayır. Sevimli komandamın oyununu izləmək üçün növbəti 4 ilin keçməsini səbirsizliklə gözləyirəm».

Futbol bayramı isə davam edir. Maraqlı oyunlar hələ qabaqdadır.
XS
SM
MD
LG