Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

«Naxçıvanda müxalifət sonuncu dəfə mitinqini 2005-ci ildə keçirib»


Naxçıvan müxalifəti 28 Mayı qeyd edir, 2009
Naxçıvan müxalifəti 28 Mayı qeyd edir, 2009
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP Naxçıvan Təşkilatının sədri Asəf Quliyev deyib.

Asəf Quliyev bildirib ki, aksiyalar keçirmək imkanları məhduddur.

Müxalif partiyanın rəsmisi deyib ki, seçkilərə necə gedəcəklərini bu səbəbdən müəyyənləşdirə bilməyiblər:

«Naxçıvanı tərk edənlərin 70-80 faizi müxalifətçilərdir, onları işə götürmürlər heç yerdə. Əslində bizim rayonlarda, kəndlərdə aksiyalara çıxarmaq üçün hələ də üzvlərimiz qalır, sadəcə, bu işi təşkil etmək, avtobuslarla gətirmək üçün belə vəsaitimiz yoxdur. Biz bu haqda partiyaya da müraciət etmişik».

Asəf Quliyev deyir ki, son illər aksiya keçirmək üçün heç Naxçıvan rəhbərliyinə də müraciət etməyiblər:

«Bilmirik ki, reaksiyaları necə olar. Əvvəlcə biz özümüz təşkilatlanmalıyıq».

BİZ İLLƏRDİR Kİ, YAP-LA YOX, POLİSLƏ RƏQİBİK


Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri Meydan Babayev isə son illər müxalif partiyaların Naxçıvanda problemlər içərisində yaşadıqlarını deyib.

Binalarının qəzalı vəziyyətdə olmasından şikayətlənən partiya rəsmisi bildirib ki, Muxtar Respublikanın rəhbərliyinə bu barədə dəfələrlə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər:

«Qərargahımızın yerləşdiyi binada kommunal şərait yoxdur. Bina uçmaq təhlükəsindədir. Yeni Azərbaycan Partiyasının isə binası kifayət qədər yaxşı vəziyyətdədir. Biz daimi təqib olunuruq. İllərdir ki, hakim YAP-la yox, hüquq-mühafizə orqanları ilə rəqibik».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG