Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Obama İsraili ittiham etməkdən boyun qaçırıb


ABŞ prezidenti Barak Obama Qəzzaya yardım aparan donanmada Fələstin fəallarına qarşı İsrail hərbi donanmasının atəş açmasını faciə kimi təsvir edib.

«CNN»-ə müsahibə verən Obama deyib ki, İsrail və Fələstin sülh prosesini irəli aparmaq üçün bu hadisələrdən ibrət dərsi götürməlidir.

«İsrailin öz ərazisində təhlükəsizlik maraqları var və hələ ki, bu həftənin birinci günü Aralıq dənizində baş verənlərlə bağlı yetərli məlumat yoxdur», – deyə prezident Obama İsraili ittiham etməkdən boyun qaçırıb.

ABŞ məmurları bildiriblər ki, Türkiyə gəmilərində 9 nəfər öldürüb.

İnsident Türkiyə və İsrail arasında münasibətləri gərginləşdirib.

Hər iki ölkə ABŞ-ın mühüm tərəfdaşıdır.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG