Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

NATO Türkiyənin tələbi ilə fövqəladə iclas keçirəcək


İyunun 1-də Türkiyənin tələbi ilə NATO İsrailin Qəzzaya yardım aparan donanmaya hücumunu müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

Alyansın sözçüsü Ceyms Appaturayın sözlərinə görə, NATO beynəlxalq sularda insan tələfatından dərin narahatlıq keçirir.

İclasda NATO-ya üzv olan 28 ölkənin səfirləri iştirak edəcək.

İsrail ordusu mayın 31-i gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib.

Əl-Cəzirə peyk kanalı məlumat verir ki, Türkiyədən gələn gəmi İsrailin hərbi-gəmi qüvvələrinin hücumuna məruz qalıb.

Humanitar yardım aparan gəmilər İsrailin sahil sularından uzaqda olub.

Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər də var.
XS
SM
MD
LG