Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Cümhuriyyətlə bağlı tabular var?


28 Mayda M.Ə.Rəsulzadənin qəbri ziyarət olunur
28 Mayda M.Ə.Rəsulzadənin qəbri ziyarət olunur
«Biz gənclər 1918-20-ci illərdə yaranan Xalq Cümhuriyyəti barədə kifayət qədər məlumata malik deyilik!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına ixtisasca tarixçi olan Ülvi İsmayıl söylədi.

«İz» proqramının «Azərbaycan gəncləri Cümhuriyyət irsini necə yaşadırlar?» mövzusunda təşkil etdiyi müzakirəyə qatılan Ülvi İsmayılın fikrincə, tarixçilər özləri bəzi faktları bilsələr də, bunları kitablarında yazmırlar:

BƏZİ MÖVZULARDA TABU VAR


«Məsələn, 5 sentyabra qədər Gəncədə olan Osmanlı qüvvələri ilə Cümhuriyyət qurucularının arasında olan söz münaqişəsi - Respublika elan olunsun-olunmasın məsələsi ilə bağlı. Bəzi mövzularda tabu var. Əhməd Cavadla bağlı və s.».

Ülvi İsmayıl yazılmayan, deyilməyən, itib-batan, yaxud bizim əlimiz çatmayan arxiv materiallarının olduğunu da bildirdi:

«Gənclər də bu baxımdan çıxış edib Cümhuriyyəti ya ideallaşdırır, ya da tənqid edirlər. Daha ideal cəmiyyət olsaydı, biz tariximizi açıq müzakirəyə qoyardıq, arxivlər də açılardı».

Onun sözlərinə görə, 28 May öyünüləsi bir tarixdir: «Türkiyə bu gün Atatürklə, onun qurduğu Cümhuriyyətlə necə fəxr edirsə, biz də o cür fəxr etməliyik. Amma biz həm də tariximizə tənqidi yanaşmağı bacarmalıyıq. Türkiyədəki kimi tabular gərək bizdə qoyulmasın.
Tarixçi Ülvi İsmayıl
Sırf dərk edib, başa düşüb bu Cümhuriyyəti sevmək, ya da tənqid etmək lazımdır. Hələliksə, biz Cümhuriyyət barədə tam məlumata malik deyilik».

Verilişin digər qonağı - Müsavat Partiyası Gənclər Təşkilatının təmsilçisi Emin Məmmədlinin fikrincə, 28 May əslində Vətən deyilən bir anlayışı bizim üçün cızdı. Amma 1992-ci ilin 27 mayı Dövlət Himnimizin qəbul olunduğu gün kimi tarixə düşdü:

RƏSULZADƏNİN ADINI DƏRSLİKLƏRDƏN ÇIXARIRLAR

«Dövlət himni isə bu Vətəni dünyada tanıtdı».

Emin Məmmədli ölkədə 28 Maya, M.Ə.Rəsulzadəyə münasibətdən razı olmadığını bildirdi: «Heykəli qoyulmadığı, yaratdığı universitetdən adı götürüldüyü, adına saraylar ucaldılmadığı bir yana, Rəsulzadəni dərsliklərdən çıxarırlar. X-XI sinfin tarix-ədəbiyyat kitablarına baxın. Rəsulzadənin adını səthi çəkib keçirlər».

Emin Məmmədli bütləşdirməyin tərəfdarı olmasa da, Atatürkü Türkiyə türkləri necə bilirsə, sevirsə, Rəsulzadəni də o cür bilmək, öyrənmək arzusunu dilə gətirdi:

«Ən azından, əgər Rəsulzadə xalqı bu cür qiymətləndiribsə, qəlbində tutubsa, dövlət yaradıbsa, bizim ona vəfa borcumuz var».

Müsavat Partiyası Gənclər Təşkilatının təmsilçisi Emin Məmmədli
Emin Məmmədli 7-dən 77-yə hamının Rəsulzadənin haqqını verməli olduğunu söylədi: «Rəsulzadənin yolunu davam etdirməliyik. Bu yoldan çəkilən deyilik. Azərbaycanda demokratiyanı və Rəsulzadə irsini mütləq bərpa edəcəyik».

- Ülvi İsmayıl Azərbaycan tarixşünaslığını niyə dünyaya çıxmamaqda suçladı?

- Qonağımız nədən xaricdə yazılanlarla daxildə yazılanların bir-birindən xəbərsizliyini iddia etdi?

- İzolyasiya olunmuş tarix necə olur?

- Ülvi İsmayıl Cümhuriyyətə münasibətdə Azərbaycan gəncliyini neçə hissəyə böldü?

- Azərbaycan Cümhuriyyətinin hansı irsini yaşatmaq lazımdır—sualı necə cavablandırıldı?

- Bəs Cəmil Həsənlinin «Gənclər tarixlərini oxumurlar!» fikrinə münasibət necə oldu?

- Emin Həsənli M.Ə.Rəsulzadənin uzaqgörən siyasətçi olduğunu sübuta yetirmək üçün hansı misalları çəkdi?

«İZ»İ ELƏ BU SƏHİFƏDƏN DİNLƏYƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG