Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

İlk uşaq incəsənət ensiklopediyası çapdan çıxdı


Ziyadxan Əliyev
Ziyadxan Əliyev
Azərbaycanda ilk uşaq incəsənət ensiklopediyası işıq üzü görüb. «Azərbaycan incəsənəti» adlanan bu kitabın redaksiya heyətinin rəhbəri tanınmış sənətşünas Ziyadxan Əliyevdir. Z.Əliyevlə söhbəti həm oxuya, həm də dinləyə bilərsininz:

- Ziyadxan bəy, xoş gördük! Düzü, Səttar Bəhlulzadə haqqında çıxan kitabdan həmən sonra yeni bir kitabla gündəmə gələcəyinizi gözləmirdik. AzadlıqRadiosunun təbriklərini qəbul edin.

- Sizin sözünüzün qüvvəti, bu kitabın təqdimatına dəvət yollayanda çoxları soruşurdu ki, bəyəm təqdimat olmadı? Yəni az qala bir ayın içində iki kitabın təqdimatını düzənlədik. Bu kitab «Azərbaycan incəsənəti» adlanır. Üstündə yazılıb: Uşaqlar üçün ensiklopedik məlumat kitabı. Ancaq bu kitab böyüklər üçün də gərəklidir. İnformasiyalar çox yığcam, konkret, dəqiqdir. Maliyyə dəstəyini Gənclər və İdman Nazirliyi göstərib. Layihənin rəhbəri Nurəddin Mehdiyevdir. N.Mehdiyev «Bizim nəsil» Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəridir. O, mənə müraciət etdi ki, uşaqlar üçün nə etmək olar? Mən də söylədim ki, bax bu sahədə tam boşluqdur. Qərara gəldik ki, Nazirliyə müraciət edək və dəstəkləndik. Mənim fikrimcə, ərazisi işğal altında olan ölkədə uşaqların və gənclərin tərbiyəsi çox önəm kəsb edir. Yəni uşaqlarımızı elə tərbiyə etməliyik ki, 50 ildən sonra bizim başımıza gələnlər onları da yaxalamasın. Odur ki, tərbiyə prosesində Azərbaycan torpağının təbiətindən də, sərvətindən də, incəsənətindən də yararlanmalıyıq. Uşaq biləndə ki, onun təbiəti, sərvəti nəyə qadirdir, incəsənəti qürurvericidir, yəqin ki, vətənini sevər. Onlar hamısı vətəndaşdırlar, amma «vətən daşı» deyillər. İncəsənət də, ən uzaq vuran silahdır. Başqa sahələrin bacarmadığını incəsənətlə əldə etmək olur.

- Ensiklopediya neçə cilddən ibarət olacaq?

- Qərara gəldik ki, uşaqları çox yükləmək olmaz. Üç cilddən ibarət olacaq. Hər cilddə 10 hərf əhatə olunacaq. Hər cild 10 hərfi əhatə edən məşhur rəssamlarımız, heykəltəraşlarımız, memarlarımız haqda məlumat, eləcə də incəsənətlə, heykəltəraşlıqla, dekorativ-tətbiqi sənətlə bağlı terminlərin izahı və şəkillərlə müşayiət olunacaqdır. Burada Azərbaycan memarlığının ta qədimdən bu günə kimi qorunan nümunələrini və müxtəlif sənət sahələrini əhatə etməyə çalışmışıq.

- Kitab nədən başlayır?


- Məsələn, Naxçıvandakı Gülüstan türbəsindən, Təbrizdəki Göy məsciddən. Sovetlər dönəmində Azərbaycanın sənəti həmişə ayrı göstərilib, çox vaxt da İran mədəniyyəti kimi təqdim olunub. Xüsusilə də, xalçaçılıqda, memarlıqda. Qərara gəldik ki, tarixi olduğu kimi tanıtmaq lazımdır. Biz burada Təbrizin Göy məscidini verdik. Hamımız Gəncə darvazalarından danışırıq. Amma çoxumuz onu görməmişik, üstəlik, hansı dəyəri daşıdığını da bilmirik. Gəncə ilə əlaqə yaratdıq. Orda gözəl bir metaldöymə ustası - Şaiq Məmmədov yaşayır. O Kutaisidəki darvazanın tayının saxlandığı monastırda olmuşdu, şəklini çəkmişdi. O şəkli ondan aldıq. Dərbənd divarlarının təsvirini verdik. İşğal altındakı Azıx mağarasının, Qusar rayonundakı Şah İsmayılın babası Şeyx Cüneyidin türbəsinin həm xarici görünüşünü, həm sənduqənin təsvirini verdik. Ölkədə Koroğlu qalaları var - onları tanıtdıq. Qarabağ ərazisində olan bütün memarlıq abidələrinin şəklini vermişik, o cümlədən işğal altında olan Şuşadakı Gövhərağa məscidi, Əskəran qalası, Bərdə türbəsi, Ağoğlan məbədi və s. Onlar alban memarlığı nümunələridir. Həm haqqında məlumat, həm də bir neçə yöndən təsvirlərini vermişik.

- Birinci cilddə daha nələr var?
- Hansı əfsanəvi qəhrəmanımızın iki rəsmi ensiklopediyaya düşüb?
- Hüseyn Cavidin portretini çəkən tanınmış Azərbaycan memarı kimdir? Onun Bakını bəzəyən, həm də bu kitaba düşən ən məşhur abidəsi hansıdır?
- Bu cilddə əlifba sırasıyla hansı qaya rəsmləri yer alıb?
- Ensiklopediyanın yaranmasında daha kimlərin əməyi var?
- Hər bir ölkə vətəndaşının evində olmalı olan uşaq incəsənət ensiklopediyası niyə satışa çıxarılmır?

«İz»i dinləyin. Həm də ən son mədəniyyət hadisələrindən xəbər ala biləcəksiniz.

XS
SM
MD
LG