Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Kür bloqları da «basıb»


Yenə də Kür və su basma… Bu həftə bloq yazılarının bir qismi yenidən Kürü vəsf edib. Bloqçular su basmadan ağız dolusu yazsalar da, tənqidlərini də gizlətməyiblər

Əli Kərimli yazır ki, Kürdə daşqınlar əslində mayın 6-dan başlayıb:

«Amma hökumət ilk günlərdə H. Əliyevin ad günü münasibəti ilə keçirdiyi Gül bayramına kölgə salmamaq üçün fəlakətin real miqyasını gizlədib, adamları arxayın salmaqla məşğul idi. 10 minlərlə insanın ev-eşiyini azğınlaşmış Kür məhv edəndə, sabirabadlılar bütün ömrü boyu əzab-əziyyətlə qazandığı hər şeyi bir göz qırpımında itirərək qaçqına çevrildiyi anlarda 10 milyonlarla dövlət vəsaiti ömrü 1 həftə olan holland güllərinə və mənasız atəşfəşanlığa sərf olunurdu».

***

Devrimsol
yazır ki, Kürdə baş verənlər ona bir lətifəni xatırladıb:
«Erməni radiosundan soruşurlar: «Doğrudur ki, akademik Ambarsumyan lotereyada «Volqa» maşını udub?»... Radio cavab verir: «Әvvәla, akademik Ambarsumyan yox, futbolçu Ambarsumyan. İkincisi, «Volqa» yox, әtçәkәn maşın. Üçüncüsü, lotereyada yox, qumarda. Dördüncüsü, udmayıb, uduzub».

Bizdә dә vәziyyәt oxşardır. Rәsmilәr deyir: «Tәbii fәlakәtin qarşısı alınır».

Әvvәla, tәbii yox, süni. İkincisi, qarşısı alınmır, miqyas daһa da böyüyür. Üçüncüsü, zәrәrçәkmişlәrә yardım planı yeni qüsurlu dövrә yaradır – daһa böyük miqyasda korrupsiyaya yol açır. Dördüncüsü, bu, fәlakәt yox, idarәçilik metodudur. Çünki, müxtәlif miqyasda һәr il tәkrarlanır. Nә ki çoxdur – o, adidir».

***

Araz Önər
də Kürdə daşqınlardan yazıb:

«Sanki Kür daşdıqdan sonra su altında qalan evlər yox, toyuq hinləri, insanlar yox, kartof sahələridir. İnsana bu cür qəddar münasibət yolverilməzdir. 150 mindən çox əhali bu dəqiqə səfil bir həyat yaşamaqdadır.

Ölkəni bu vəziyyətə salan təbii fəlakət olsa da, bu vəziyyətdən çıxaran dövlət strukturları olmalıdır. Onlarsa yoxdurlar. 10 milyon manatı Gül bayramına, 26 milyon manatı Səadət sarayına xərcləyən hakimiyyət bu dəqiqə Sabirabada yardım üçün sadə vətəndaşlardan pul yığırlar. Lənətə gəlsin belə xeyirxahlıq. Xalqla gizlənpaç oynamaq olmaz».

***

«Banan - Azərbaycan və Özbəkistan kimi ölkələrin simvoludur»

Natiq Cəfərli də xaricdədir - Özbəkistanda. Bloqçu Azərbaycanla Özbəkistanı müqayisə edib:

«Onu deyə bilərəm ki, avtoritar rejimlər bir-birlərinə çox bənzəyirlər. Maraqlı bir fakt: burada yemək-içmək çox ucuzdur, tək bir banandan başqa, banan elə Bakı qiymətinədir. KİV-lər, əsasən də elektron KİV-lər bütün gün bunların Ulu Öndərini tərifləyir. Ümumiyyətlə, demokratik ölkələr nə qədər müxtəlifdirlərsə, avtoritar rejimli ölkələr bir o qədər bənzərdir. Banan isə belə dövlətlərin simvoludur, deyəsən…».

***

İsa Qəmbər bloqunda mərhum jurnalist İbrahim Bayandurlunun son çıxışlarından birinin videosunu yerləşdirib. Ətraflı buradan baxa bilərsiniz.

***

Hazırda Almaniyadan yazan bloqçu Nigar Fətəli qeyd edir ki, səfərdə olduğu ölkədə bloqçularla jurnalistlərin eyni hüquqları var. Onlar mətbuat birliklərinə qoşula bilər, digər tərəfdən yazıları da müəlliflik hüququ ilə qorunur. Fatali yazır ki, Almaniyada bloqqerlər jurnalistlər qədər məsuliyyət daşıyır və bloqqerlər də məhkəməyə verilə bilərlər.
XS
SM
MD
LG