Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Emin Fətullayev: «Nəhayət ki...»


Emin Fətullayev
Emin Fətullayev
«Yerli məhkəmələri keçdikdən sonra nəhayət ki, Avropa Məhkəməsi ədalətli qərar verdi».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru E.Fətullayevin atası Emin Fətullayev Avropa Məhkəməsinin qərarına münasibət bildirərkən belə deyib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aprelin 22-də çıxardığı qərara əsasən jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro məbləğində təzminat ödəməlidir.

E.Fətullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun qərarı ədalətsiz adlandırmasına da münasibət bildirib: «Bu, onun şəxsi fikridir. Mən də bu biri qərarları ədalətsiz adlandırıram».

E.Fətullayevin fikrincə, hətta qərardan Böyük Palataya şikayət verilsə belə, qərar ləğv edilməyəcək: «Hələ Avropa Məhkəməsinin tarixində olmayıb ki, Böyük Palata aşağı instansiyanın çıxardığı qərarı ləğv etsin».

Emin Fətullayev AzadlıqRadiosuna deyib ki, əgər Avropa Məhkəməsinin qərarı Azərbaycan hökuməti tərəfindən icra edilərsə, oğlunun üzərindəki indiki ittihamlarla belə, dərhal azadlığa buraxılmalıdır: «Çünki Eynullanı indiki ittihamla 3 il cəza gözləyir. Əgər Avropa Məhkəməsinin qərarı icra olunsa, Eynulla dərhal azad edilməlidir. Çünki o, elə 3 ildir ki, cəza çəkir».

Eynulla Fətullayevin vəkili İsaxan Aşurov isə deyib ki, Azərbaycan hökuməti çıxarılan qərarla bağlı Böyük Palataya müraciət edə bilər. Ancaq vəkil Böyük Palatanın qərarı dəyişəcəyinə inanmır:

«Onların belə bir hüququ var. Məhkəmənin qəbul etdiyi qərar ədalətlidir, yuxarı palatanın fərqli qərar çıxaracağını düşünmürəm».

XS
SM
MD
LG