Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

Gənclər həmrəylik mitinqi keçirəcək


Tələbələr "Terrora yox!" deyir, Bakı, 1 may 2009
Tələbələr "Terrora yox!" deyir, Bakı, 1 may 2009
Müsavat Partiyası Gənclər Təşkilatı gənclərin və tələbələrin həmrəylik mitinqinin keçirilməsi ilə bağlı Meriyaya müraciət edib.

Bu barədə AzadlıqRadiosuna təşkilatın sədri Tural Abbaslı məlumat verib.

Gənclərin mitinqi Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın ildönümünə həsr edilir.

Tural Abbaslının deyir ki, müsavatçı gənclər mitinqin təşkilatçısı kimi çıxış etmir:

«Onsuz da həmin gün gənclər – bitərəflər, siyasiləşmiş gənclər, siyasiləşməmiş gənclər həmin tələbələrin anım gününü qeyd edəcəklər və böyük ehtimal ki, hamısı həmin əraziyə - Neft Akademiyasının qarşısına yığışacaqlar. Və çox böyük güman ki, oda da polislə üz-üzə gələcəklər. biz də bunun qarşısının alınması üçün ən azı rəsmi müraciət ünvanladıq. Biz bu mitinqin texniki tərəflərini öz üzərimizə götürməyə hazırıq, təşkilatçı kimi çıxış etmirik. Biz bunun Müsavat Gənclər Təşkilatının mitinqi kimi qəbul edilməsini istəmirik».

AKSİYANIN FORMASINI İŞTİRAKÇILAR MÜƏYYƏN EDƏCƏK


Tural Abbaslının dediyinə görə, anım gününə qədər müxtəlif gənclər qrupları ilə müzakirələrə başlayacaqlar:

«Həm internetdə, həm görüşlərdə tələbələrlə, partiya gəncləri ilə söhbətlər aparacağıq ki, həmin tədbirdə hansı formada iştirak etmək istəyirlər. biz də bu tədbirdə adi tələbələr, gənclərdən biri kimi iştirak etməyin tərəfdarıyıq».

Mitinqin baş tutması Müsavat Gənclər Təşkilatının «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna istinad edərək Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubuna cavabdan asılı olmayacaq.

Mitinqdə gənclər «30 aprel tələbələr günü elan edilsin», «ADNA-da qurbanların xatirə abidəsi ucaldılsın» şüarları səsləndirəcəklər.

Tural Abbaslı əlavə etdi ki, bu mitinqdə ADNA-da qətlə yetirilən gənclərlə bağlı cinayət işinin şəffaf, cəmiyyətə açıq aparılması tələbilə də çıxış edəcəklər:

«Burda heç bir siyasi, firqə maraqları yoxdur».

Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb.

HƏMÇİNİN OXU: ROKERLƏR ADNA-DAKI HADİSƏLƏRƏ ALBOM HƏSR EDİBLƏR
XS
SM
MD
LG