Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Seçki Məcəlləsində demokratik seçkiyə mane olan nədir?


Çingiz Dadaşov, Azər Qasımov və Akif Qurbanov
Çingiz Dadaşov, Azər Qasımov və Akif Qurbanov
«Mövcud məcəllə ilə Azərbaycanda normal seçki keçirmək mümkündür».

Bunu «İşdən sonra»da Mərkəzi Seçki Komissiyasının (MSK) Ümid Partiyasından olan üzv Akif Qurbanov deyib.

Qurbanov bildirib ki, Azərbaycanda Seçki Məcəlləsinə uyğun, normal seçkilərin keçirilməsi mümkündür, əgər maneələr olmasa:

- Seçki prosesində iştirak edən kənar şəxslərin, xüsusilə dövlətin vəzifəli şəxslərinin seçkilərə müdaxiləsinin qarşısını almaq imkanı olsa, seçki keçirmək mümkündür. Öndə gələn əsas amillərdən biri də müxtəlif siyasi tərəflərin marağını ifadə edən komissiyanın olmasıdır. O halda ki, komissiya üzvlərinin bir – birinə nəzarət imkanı və cəmiyyətin inamı olsun.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hüquqşünası Azər Qasımov isə deyib ki, onlar komissiya üzvlərinin paritet əsasında formalaşmasının tərəfdarıdırlar:

- Hazırkı vəziyyətdə demokratik seçkilərin keçirilməsi üçün komissiyanın üzvləri paritet əsasda formalaşmalıdır. Hazırda biz komissiyanın tərkibinin paritet əsaslarla formalaşması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi hazırlamışıq. Layihədə qeyd etmişik ki, dairələrin üzvlərinin sayı səkkiz nəfər olsun. MSK necə formalaşırsa, orada da eyni qaydada dörd nəfər hakimiyyətdə çoxluq təşkil edən, dörd nəfər də digər partiyalardan, müxalif partiyalardan təşkil olunsun. Məntəqə seçki komissiyalarında da altı nəfər qalır, o da eyni qaydada yarı–yarıya formalaşır.

Demokratik Seçkiyə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Çingiz Dadaşov isə paritet təklifi ilə razılaşmayıb:

Azər Qasımov və Akif Qurbanov
- Mən razıyam ki, get-gedə Seçki Məcəlləsində yeniliklər olacaq, amma bu gün seçki komissiyalarının formalaşmasından söhbət gedir. Parlament seçkisi noyabrın 7–də olacaq. Dörd ay qalmış müddətə qədər məcəlləyə əlavə və dəyişikliklər ola bilər, baxır hansı bəndlərdə. Seçki komissiyaları ekspertlərdən və mütəxəssislərdən ibarət olmalıdır. Bu gün bəziləri heç vəzifə funksiyalarını bilmirlər. Bəs paritet kimlərdən ibarət olmalıdır?

Çingiz Dadaşov qeyd edib ki, onun işlədiyi 21 saylı Nəsimi seçki dairəsində heç bir qanunsuzluq baş vermir:

- 21 saylı Nəsimi seçki dairəsində bütün proseslər normal həyata keçirilir. Mən müxalifətin təmsilçisi kimi gedirəm, bütün treninqləri keçirirəm, proseslərdə dairənin sədri də, üzvləri də - istər YAP–çı olsun, istər üç nəfər müxalifətçi, üç nəfər bitərəf - onlar həmişə hüquqşünas kimi mən sübut edəndə məsələni etiraf edirlər.

Seçki Məcəlləsində demokratik seçkiyə mane olan nədir?

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

HƏMÇİNİN OXU

Seçki islahatı olacaq, olmayacaq?
XS
SM
MD
LG