Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Ştefan Füle: «Seçkinin şəffaf və ədalətli keçirilməsi vacibdir»


Ştefan Füle
Ştefan Füle
Qarşıdakı parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi vacibdir.

Bu bəyanatla aprelin 9-da Bakıda Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle çıxış edib:

«Mən burada cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri və bir sıra müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşəm. Bu, çox səmərəli danışıqlarda müxtəlif siyasi partiyaların mövqelərini öyrənmişəm. Bütün bunlara əsaslanaraq qarşıdakı parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsinin vacibliyini bəyan edirəm».

Cənab Füle əmin olduğunu bildirib ki, parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycanın müvafiq qurumları əllərindən gələni əsirgəməyəcəklər.
Elmar Məmmədyarov isə əlavə edib ki, Azərbaycan ATƏT üzvü kimi təşkilatın bütün təkliflərini dəyərləndirməyə hazırdır.

Prezident İlham Əliyevlə də söhbətin səmərəli olduğunu deyən komissar, Bakıdakı görüşlərdə Şərq Tərəfdaşlıq Proqramının gerçəkləşməsi, parlament seçkiləri və Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirib.

Ştefan Füle Avropa İttifaqının Dağlıq Qarabağ danışıqlarında ATƏT-in
Minsk qrupunun fəaliyyətini dəstəklədiyini vurğulamaqla yanaşı, münaqişənin həlli prosesində yaxın vaxtlarda nəticəyə nail olunacağına əminliyini də ifadə edib.

Elmar Məmmədyarov isə deyib ki, münaqişənin həlli prosesində nə qədər tez irəliləyiş olsa, bu, region, o cümlədən də Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar açacaq.
XS
SM
MD
LG