Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:38

Qırğız müxalifəti öz hökumətini yaradıb


Bişkek, 7 aprel 2010
Bişkek, 7 aprel 2010
[Xəbər lentinin sonunda hadisədən şəkilləri izləyin]

QIRĞIZISTANDA İĞTİŞAŞLAR ZAMANI 75 ADAM ÖLÜB

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Prezident Kurmanbek Bakiyevin istefa verib-vermədiyi haqda dürüst məlumat yoxdur. Onun Bişkekdəki evi talançılar tərəfindən qarət olunub və yandırılıb.

QIRĞIZISTAN MÜXALİFƏTİ PREZİDENTİN ÖLKƏDƏN GETDİYİNİ DEYİR

Qırğızıstan müxalifətinin liderləri prezident Kurmanbek Bakiyev və onun hökumətini istefa verməyə çağırıblar.

Müxalifət ölkədə müvəqqəti hökumət yaradıldığını deyir.

Müxalifət liderlərindən biri Temir Sarıyev prezident Bakiyevin artıq ölkədən getdiyini deyir. Müxalifətdən gələn məlumatlara görə artıq baş nazir istefa verib.

Amma bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Digər müxalifət lideri Omurbek Tekebayev isə televiziyayla xalqa müraciətində bugünkü toqquşmalarda 100-ə yaxın nümayişçinin öldürüldüyünü deyib. Amma Səhiyyə Nazirliyi ölənlərin sayının 40 nəfər olduğunu elan edib.

Müxalifət dövlət televiziyasının ardınca, parlamentin binasını da ələ keçirib.


QIRĞIZ MÜXALİFƏTİ ÖZ HÖKUMƏTİNİ YARADIB

Müxalifət keçmiş xarici işlər naziri Roza Otunbayeva başda olmaqla etimad hökumətini formalaşdırıb.


ÖLƏN VƏ YARALANANLAR NƏ QƏDƏRDİR?

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 40 nəfər həlak olub, 400-dən çox adam isə yaralanıb.

QIRĞIZ MÜXALİFƏTİ TƏRƏFDARLARINI KÜÇƏLƏRDƏN GERİ ÇƏKİR


Müxalifət vəziyyətə nəzarət etmək üçün xalq drujinaları yaradır.

Bu barədə müxalifət liderlərindən biri Omurbek Tekebayev məlumat verib.

Paytaxt Bişkekdə artıq talançılıq halları qeydə alınıb.

QIRĞIZISTAN MÜXALİFƏTİ PARLAMENTİ DƏ TUTUB

Müxalifət dövlət televiziyasının ardınca parlament binasını də zəbt edib.

Müxalifət fəalı İsa Omurkulov həbs edilmiş bütün müxalifətçilərin azad olunduqlarını xəbər verir.

MÜXALİFƏT TV-Nİ ƏLƏ KEÇİRİB

Dövlət televiziyasının yayımı bərpa olunub. Efirdə müxalifət nümayəndələri və hüquq müdafiəçiləri çıxış edirlər.

Həbs olunmuş müxalifətçilər Temir Sariyev və İsa Omurkulov isə azad ediliblər. Onlar hakimiyyət rəsmiləri ilə görüşmək niyyətindədirlər.

TV YAYIMI DAYANDIRILIB

Müxalifətin etiraz aksiyalarının davam etdiyi Qırğızıstanda dövlət televiziyası yayımını dayandırıb. Təsdiqlənməmiş məlumatlara əsasən, televiziya binası nümayişçilər tərəfindən tutulub.

FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNUB

Bişkekdə fövqəladə vəziyyət elan edilib.

Aprelin 7-də Bişkekdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada azı 5 nəfərin öldüyü bildirilir.

«Reuters» 5, «Associated Press» isə azı 4 nəfərin öldüyünü xəbər verir.

Yerli xəstəxanalar isə 6 yaralı qəbul etdiklərini bildirirlər.

Toqquşma nümayişçilər prezident sarayını mühasirəyə almış polis və əsgərləri yarıb keçmək istəyərkən baş verib.

Prezident Kurmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda itiham edən müxalifət onun istefasını tələb edir.

Həmçinin müxalifət ölkənin digər şəhərləri - Oş, Narın, Talas və Tokmokda etiraz aksiyasına başlayıb.

Omurbek Tekabayev və Almazbek Atambayev də daxil olmaqla bir neçə müxalifət liderinin həbs olunduğu xəbər verilir.

Baş prokuror onlara qarşı ciddi ittiham irəli sürüldüyünü deyir.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.

Bişkek, 7 aprel 2010.

Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.

Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.
Bişkek, 7 aprel 2010.

XS
SM
MD
LG