Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:25

Baş nazirlə jurnalisti qarşı-qarşıya qoyan məsələ


Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan
BAŞ NAZİRƏ SUALLAR...

Brüsselə gəldim və həm Türkiyədən zəng edərək Tayyip Ərdoğanın öz nitqində məni tənqid etdiyini dedilər; həm də internetə baxanda «Tayyip Ərddoğan Cengiz Çandarı pis vurdu» - şəklində xəbər başlıqları gördüm.

Baş nazir Ərdoğana bir neçə sual da mən verim:

1. Çıxışınızda «Londonda dediyim «Ölkəmdə qeyri-qanuni yaşayıb-işləyən erməniləri deportasiya etmək» - sözlərimdən, təəssüf ki, daxili və xarici platformalarda «qeyri-qanuni» - kəlməsi atılaraq istifadə edildi və istifadə edilir. «Erməniləri depоrtasiya etmək» - ilə «Qeyri-qanuni işləyən erməniləri deportasiya etmək» - arasında dərin bir məna fərqi vardır. «Qaçaq ermənilər» ilə bağlı sözlərimin mənasını dəyişdirmək istəyənlərin bu səhvi düzəldəcəklərinə ümid edirəm» - demisiniz.

Biz səhv anlamadıq. «Qeyri-qanuni erməniləri deportasiya etmək» - şəklində anladıq və buna qarşı çıxdıq.

Sual: «Qeyri-qanuni erməniləri deportasiya etməyə» tərəfdarsınız, yoxsa deyilsiniz?

2. Sürətinizi saxlaya bilməyib belə davam etmisiniz: «Mənə «Üzr istəməlidir» - tövsiyəsi edənlərə müraciət edirəm: Mən kimdən üzr istəyəcəyimi çox yaxşı bilirəm. Yahu, sən kimin vəkilisən? Birincisi - dürüst ol. Doğrunun vəkili ol, səhvin yox. Biz yolumuza eynilə davam edəcəyik».
Sual, daha doğrusu suallar: «O «Kimdən üzr istəyəcəyinizi çox yaxşı bildiyiniz «Kim»dir? Kimdən üzr istəyəcəksiniz? Soruşursunuz ki, «Sən kimin vəkilisən? Sizcə, kimin vəkiliyəm?»

Gələk, «Birincisi - dürüst ol. Doğrunun vəkili ol» - sözlərinizə. Xüsusilə «Birincisi, dürüst ol» - sözünü sizə heç yaraşdıra bilmədim.

Bu hiddətli yanaşma neçə-neçə daxili və xarici quleybaniyə qarşı sizi dəstəkləyərkən qüvvədə idimi? O vaxtlar da «Səhvin vəkili» idikmi?

Nə oldu ki, birdən-birə «doğruluq, dürüstlük» sizin tərəfinizdən sorğu-suala çəkildi?

Üzr istəmək bir şəxsiyyət məsələsidir. Üzr istəyib-istəməmək sizin öz işinizdir. Ancaq bir halda ki, «Biz eynilə yolumuza davam edəcəyik» deyirsiniz; çox yaxşı...

İşiniz avand olsun.
XS
SM
MD
LG