Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:35

50 il qabaqkı qəzetlərdə Novruz bayramı


«Kommunist» qəzeti
«Kommunist» qəzeti
Bu həftə 50 il bundan qabaqkı qəzetlərdə Novruz bayramının izlərini axtardıq.

«Kommunist» qəzetinin 1967-ci il 21 mart sayında Novruz adına rast gəlmirik. Qəzetdə Bahar bayramı ilə bağlı iki məqalə yer alır.

«XOŞ BAHAR GƏLİR»

Bakı şəhər Ticarət İdarəsi zəhmətkeşlərə gözəl bayram hədiyyəsi hazırlayıb. Dənizkənarı parkda yerləşən böyük pavilyonda bahar bayramı yarmarkası açılmışdır. Yarmarkaya gələnlərin nəzərini ilk növbədə pavilyonun ortasındakı bayram süfrəsinin bəzəyi olan yamyaşıl səməni, müxtəlif xuşgəbarla doldurulmuş səbətlər, gözəl baharı əks etdirən plakatlar nəzəri cəlb edir. Bakı biskvit və karamel fabrikinin hazırladığı şirniyyatlar, şəkərbura, şəkərçörəyi, paxlava şübhəsiz alıcıların xoşuna gəlmişdir. Bakının «Oktyabr», «Nərimanov», «Şaumyan» rayonlarının bir neçə mağazasında da bahar bayramı süfrələri üçün satış təşkil olunmuşdur.

«BAHARA ALQIŞ»

«Kommunist» qəzeti - 22 mart 1967

«Azərbaycan xalqı baharı mehribanlıq rəmzi olan odla, gözəllik rəmzi olan tər çiçəklə, bolluq rəmzi olan yaşıl səmənilərlə qarşılayır. Azərbaycan xalqı ən gözəl adət-ənənələri göz bəbəyi kimi qoruyur. Bu il biz, yəni bütün sovet xalqı yer üzündəki milyonlarla dostumuzla bir də böyük Lenin dühasından işıq almış Oktyabr günəşinin, bu əsl bahar günəşinin 50 illiyini qeyd edəcəyik. Bu insanlığın xoşbəxtlik baharı, azadlıq baharıdır. Bu insanların yüksəliş baharıdır, əbədi baharıdır!

«BAKIDA ŞƏNLİK»

«Kommunist» qəzeti - 21 mart 1968

«Martın 20-də saat 17.22-də Azərbaycan torpağına bahar gəlib. Minlərlə Bakılı baharı qarşılamaq üçün Qız qalasının ətrafına toplaşıb. Qız qalasının zirvəsində günəş və baharın simvolu alov şölələnməyə başladı. Radio vasitəsilə zəhmətkeşləri bahar münasibəti ilə salamlayır, onlara xoşbəxtlik, Sovet vətənimiz naminə əməkdə müvəffəqiyyət arzulayan təbrik sözləri eşidildi. Üzeyir Hacıbəyovun «Koroğlu» uvertürası səsləndi.

«Kommunist» qəzetinin 1968-ci ildən sonrakı – 1969, 1970-ci il nömrələrini vərəqləsəm də, bir daha Bahar bayramı ifadəsinə rast gəlmədim.
XS
SM
MD
LG