Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Beynəlxalq təşkilatlar bloggerlərə qarşı hökmün qüvvədə qalmasını pisləyir


...Həmin video İnternetə yerləşdiriləndən sonra ona dünyanın müxətlif yerlərindən 100 min adam baxıb. Youtube videopaylashma portalına yerləşdirilən bu videoda bir qrup gənc mətbuat konfransı səhnəciyi ifa edir, ingiliscə titrlər də verilir. Onlardan biri uzunqulaq rolunu oynayır və Azərbaycanda onun üçün yaşamağın çox rahat olduğunu deyir...

“Amnesty İnternational” ittihamı saxta sayır

Belə hesab edənlər də var ki, məsələn, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı deyir ki, İnternet yazarları Emin Milli və Adnan Hacızadənin həbsinin səbəbi məhz həmin videosüjeti hazırlamaqlarıdır.

Təşkilat martın 10-da Bakıda Apelyasiya Məhkəməsinin Emin Milli və Adnan Hacızadə haqda hökmü qüvvədə saxlamasını pisləyib, bloggerlərin həbsinə səbəb olan xuliqanlıq ittihamını saxta adlandırıb.

“Amnesty İnternational” bloggerləri vicdan məhbusu hesab edir.

Təşkilat istintaqın 2 əsas zərərçəkmiş kimi təqdim etdiyi şəxslərin Apelyasiya Məhkəmsinə gətirilmədiyini qeyd edir və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanakən bloggerlərin xəsarətlərini göstərən fotoşəkillərin və insidentin videogörüntülərinin nəzərə alınmadığını deyir.

“Heyf ki sanksiyası yoxdur...”

Bloggerlərdən biri – Adnan Hacızadənin atası Hikmət Hacızadə Apelyasiya Məhkəməsinin qərarını “böyük ədalətsizlik” adlandırıb, amma deyir ki, beynəlxalq təşkilatların qərara sərt reaksiyası vacib olsa da, həmin bəyanatların sanksiyası, məcburi icra qüvvəsi yoxdur. “Bu yalnız mənəvi dəstək xarakteri daşıyır”.

Nina Oqnianova
Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsi də Apelyasiya Məhkəməsinin bloggerlər haqda hökmü qüvvədə saxlamasından dərin narahatlıq keçirdiyini bildirib və Azərbaycan hökumətini Emin Milli və Adnan Hacızadəni dərhal azadlığa buraxmağa çağırıb.

Təşkilatın nümayəndəsi Nina Oqnianova deyib ki, “Azərbaycan hökuməti tənqidçi səsləri susdurmaq üçün həbs hökmlərindən bir senzura kimi istifadə edir”.

“Bəlkə də Qərb üçün onlar ziyalı və bloggerdir...”

Amma bloggerlərə qarşı rəsmi ittiham odur ki, onlar Bakıdakı kafelərin birində dava salıb adam döyüblər.

Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir müddət qabaq bloggerlərin həbsinə beynəlxalq təşkilatlardan gələn tənqidi reaksiyalara münasibət bildirərkən demişdi ki, Azərbaycanda məhkəmə sistemi müstəqildir və icra hakimiyyəti onun qərarlarına təsir göstərə bilməz.

“Azərbaycan Avropa hüquqi məkanında yerləşir və məhkəmənin qərarından narazı olanlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan qanunları hamıya qarşı eyni cür tətbiq edilir və Qərbə yaxın olanlar və digərləri arasında heç bir fərq qoyulmur. Bəlkə də, Qərb üçün onlar həm blogger, həm ziyalıdırlar, amma qanun onlara da şamil edilir”.

“Bax günümüz belə keçir”

Bloggerlərdən biri – Adnan Hacızadənin atası Hikmət Hacızadə isə oğlunun günahsız olduğuna inanır, amma Adnanın azad edilməməsin onun üçün də, həyat yoldaşı üçün də çox ağır olduğunu deyir.

“Adnan bizim yeganə oğlumuzdur. Oğul evdə olmayanda necə olar?.. Bizim bütün fikrimiz-zikrimiz, söz-söhbətimiz onunla bağlıdır... Anası xörək bişirir, mən aparıram... Vəkillər işləyir, sağ olsunlar... Qohumlar-dostlar gəlib-gedir. Bax günümüz belə keçir...”
XS
SM
MD
LG