Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Azərbaycan hakimiyyəti fərqli fikri boğmaqda ittiham edilir


Həbsdə olan bloqqerlər – Adnan Hacızadə ilə Emin Millinin apelyasiya şikayətinin təmin edilməməsindən sonra «Amnesty International» Təşkilatı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini fərqli fikri boğmaqda ittiham edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktorunun müavini Andrea Huber bildirb ki, «Adnan Hacızadə və Emin Milli hakimiyyətin onu tənqid edənlərin səsini batırmaq üçün gördüyü repressiv tədbirlərin qurbanı olublar. Onlar öz fikirlərini bildirdiklərinə görə, beynəlxalq standartlara uyğun gəlməyən mühakimə yolu ilə qondarma ittihamlar əsasında məhkum olunublar».

Bəyanatda deyilir ki, Apelyasiya Məhkəməsinin 7 iclasının heç birində şahidlər ifadə vermək üçün çağırılmayıblar. Məhkəmə heç bir izahat vermədən sübutları, o cümlədən bloqqerlərin xəsarət aldıqlarını sübut edən fotoşəkilləri və hadisənin video görüntüsünü qəbul etməyərək, aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

«Azərbaycanın ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklər götürməsinə baxmayaraq, bu ölkədə müstəqil jurnalistlər və fəallar təzyiqlər və həbslərlə üzləşməkdə davam edirlər»- deyə, Andrea Huber bildirib.
XS
SM
MD
LG