Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:36

«Kommunist»in 1989-cu il tarixli bir fevral nömrəsi...


Ötən həftə-fevralın 15-də Sovet ordusunun Əfqanıstandan çıxmasının 20-ci ildönümü qeyd olundu.

«Kommunist» qəzeti 15 fevral 1989-cu il tarixli sayında bu barədə bunları yazırdı:

«Bu gün Moskva saatı ilə saat 10-da axırıncı sovet döyüşçüsü – general – leytenant, Sovet ittifaqı qəhrəmanı, ordu komandanı B. V. Qromov Amudərya üzərindəki «Dostluq» körpüsündən keçərək Əfqanıstanı tərk edəcəklər.

Doqquz il idi ki, Kabildən, Məzari-Şərifdən, Cəlalabaddan, Qəndəhardan və başqa şəhərlərdən sovet əsgərlərinin necə mərdlik və cəsurluq nümunəsi göstərdikləri, beynəlmiləlçilik borclarını vicdanla yerinə yetirdikləri, dost əfqan xalqına misilsiz qardaşlıq yardımı etdikləri barədə xəbərlər gəlirdi. Əfqanıstanda müharibə gedirdi. Əfqanıstan deyəndə, biz yalnız göstərdiyimiz beynəlmiləlçilik köməyi üçün iftixar hissi keçirmirik, həm də qəlbimiz narahatlıqla çırpınırdı»...

QARDAŞ KÖMƏYİ YA...

«Termiz - Özbəkistanın cənubundakı bu qədim şəhərin adı indi dünya mətbuatının səhifələrindən düşmür. Sovet döyüşçülərinin vətənə qayıtmalarının işıqlandırılması üçün ABŞ-dan, Yaponiyadan, İngiltərədən jurnalistlər gəlib. 9 il əvvəl isə qoşun hissələrinin Əfqanıstana daxil olmasından nəinki xarici mətbuat nümayəndələrinin, heç sovet jurnalistlərinin belə xəbəri olmamışdı. İndi kanadalılar Daşkənd hospitalında Əfqanıstanda yaralanmış əsgərlər barədə film çəkirlər. Ümumiyyətlə, xaricdə sovet qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarı hökumətin mərd addımı kimi qiymətləndirirlər.

Biz bilirik ki, siz Əfqanıstanı təpədən dırnağadək silahlanmış düşmənlərdən qorumaqla yanaşı, dinc əhaliyə də əvəzsiz yardım göstərmisiniz. 100 məktəb, 25 xəstəxana, 40 məscid, yüzlərlə yaşayış evi tikmiş, suvarma kanalları, yollar çəkmişsiniz. Sovet həkimlərinin şəfalı əlləri minlərlə əfqana ikinci həyat bəxş etmişdir. Xeyirxah əməllərinizə görə zəhmətsevər əfqan xalqı sizi heç vaxt unutmayacaq.

Əfqanıstanda həlak olmuş azərbaycanlıların sayı 208 nəfərdir. Onlar hər cür hörmət və ehtirama layiqdirlər. Çoxdan gözlədiyimiz gün gəlib çatdı. Əsgərlərimiz Əfqanıstandan çıxdılar. Bəs Amudəryanın o tayında nə qaldı?

Zəhmətkeş əfqanların dolmuş gözləri, minnətdar baxışları, sabah üçün narahat ürəkləri və bir də Kabilin mərkəzində üzərində «Sovet beynəlmiləlçi döyüşçülərinə» yazılmış qranit abidə»…

HƏMÇİNİN OXU:

Sovet zabitlərinin əfqan döyüşçülərlə raket alveri
XS
SM
MD
LG