Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:31

«Torqovı»da göydən daş yağır


«Bizim yol»:

«Torqovı»da göydən daş yağır

Artıq bir ildən çoxdur ki, Bakının mərkəzi Nizami küçəsində yenidənqurma işləri aparılır. Yollar qazılıb, hər tərəf toz-torpaq içindədir. Küçələr səngərə çevrilib, üzləri qaşınan binalar dəmir dirəklərlə mühasirəyə alınıb. Qum sement qalaqları hər tərəfə səpilib. Bura nə ticarətlə məşğul olmaq, nə də gəlib-getmək mümkündür.
Sənubər müəllimə deyir ki, burdan keçən piyadaların heç biri ölümdən sığortalanmayıb.
Digər bir paytaxt sakini Fərid Babayev ərazidə işin ləng aparılmasından gileyləndi:
Fəramiz Vəliyev isə «Torqovı» kimi küçələrdən dünyanın hər yerində var» deyir. «Hamı bura gəlir. Ona görə də binanın fərqliliyinə xüsusilə fikir veriməlidir. Dövlət də bizim üçün çalışırsa, nə deyək. Şəhərin gözəlliyinin nəyi pisdir?»

«Yeni Müsavat»:

Hacıbala Abutalıbov prezidentə qarşı

Heydər Əliyev Sarayının arxasında Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsindəki binaların sakinlərinin başı dərddədir. Çünki tikilməkdə olan «Qış bulvarı» onları evsiz-eşiksiz qoyub. Artıq neçə gündür ki, bu küçələrin sakinləri evlərindən zorla çıxarılır, ərazidəki obyektlər isə sökülür. Sakinlər isə Bakı meriyası tərəfindən aldadıldıqlarını iddia edir:
«Qış parkı»nın tikintisi ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Özü də bir neçə dəfə gəlib burada aparılan işlərlə maraqlanıb. Hələ onda Hacıbala Abutalıbov demişdi ki, dövlət tərəfindən ayrılan kompensasiyalar sakinlərə veriləcək. Biz də bilirik ki, dövlət evimizi başımıza uçurtmağa görə mənzilimizin hər kvadratına 4 min manat pul ayırıb. İndi bizə kvadrata görə verdikləri 1500 manatdır. Belə çıxır ki, büdcədən ayrılan vəsaitin üçdə biri sakinlərə verilir».

«Azadlıq»:


Hökumət yeni «söküntü bumu»na başlayır

Bir neçə gün əvvəl ölkədə «enerji şoku»nun yaşanması «Azərenerji» rəhbərliyini hərəkətə gətirib. «Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev «Turan»a bildirib ki, səhmdar cəmiyyət qanunsuz tikililərlə bağlı dövlət orqanlarına müraciət edib.
Mətbuat xidmətinin rəhbərinin dediyinə görə, yüksək gərginlikli hava elektrik xətlərinin keçdiyi bir çox zolaqlar qanusuz olaraq zəbt edilib:
APA-nın məlumatına görə, bu ilin sonunadək Azərbaycanın bölgələrində yüksək gərginlikli elektrik verilişi xətləri və magistral qaz kəmərlərinin altında və üstündə qanunsuz inşa olunmuş tikililərin inventarlaşdırılması və yekun siyahının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Artıq bununla bağlı hökumət tərəfindən cavabdeh orqanlara müvafiq tapşırıqlar verilib.

«Azərbaycan»:

«Yüksək gərginlik» altinda gedən alverin fəsadları

Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliyi və müdrikliyi ilə hələ ötən əsrin 70-80-ci illərində respublikamızda həyata keçirilən əsaslı quruculuq işləri energetika sistemini də əhatə etmişdir. Ulu öndərin təşəbbüsü ilə bu sahədə görülən işlərin nəticəsində Azərbaycanda elektrik enerjisinə olan tələbatın tam olaraq daxili mənbələr hesabına ödənilməsinə nail olmaqla yanaşı, ölkəmizin müstəqil energetika sisteminin yaradılması da təmin edilmişdir.
Amma bir neçə gün öncə respublikamıza güclü qarın yağması, havanın çovğunlu və şaxtalı keçməsi istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmini istiqamətində bəzi problemlərin qaldığını göstərdi.
Gəlin görək reallıqda Nazirlər Kabinetinin müəyyən etdiyi normalara necə əməl olunur. Bakı şəhəri Binəqədi rayonunun Xocəsən qəsəbəsində hara getsən, yüksək gərginlikli elektrik xəttinə rast gələrsən. Amma Xocəsəndə apardığımız müşahidələrimiz zamanı məlum oldu ki, bütün qəsəbə boyu yüksək gərginlikli xətlərin hamısının mühafizə zolaqları zəbt olunub.
Xocəsən qəsəbəsində olduğumuz zaman bələdiyyəyə və icra nümayəndəliyinə baş çəkdik. Yüksək gərginlikli elektrik xəttinin bir addımlığında olan bələdiyyənin inzibati binasında qəzetdən olduğumuzu biləndə gah iş gününün başa çatdığını, gah da iməcilik keçirildiyini bildirərək nala-mıxa vurdular.

«Yeni Azərbaycan»:

Xalqla iqtidar arasında sıx vəhdət ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək


...Qeyd etdiyimiz faktorlar son illər Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin ümumi sayının xeyli azalmasına, üstəlik daxil olan müraciətlərin böyük əksəriyyətinin məzmununun müsbət xarakterli olmasına səbəb olub. Artıq vətəndaşlardan daxil olan müraciətlərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət, respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri və digər ölkə əhəmiyyəti tədbirlər barədə minnətdarlıq öz əksini tapmaqdadır.
Göründüyü kimi, xalqın iqtidara olan dərin inamı ilbəil daha da möhkəmlənir və vətəndaşlar iqtidarın həyata keçirdiyi siyasətin mühüm bəhrələrini öz həyatlarında hiss etdiklərindən minnətdarlıq hisslərini ifadə edirlər.
XS
SM
MD
LG