Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

«Biz əntiq xalçalar kimiyik, çırpdıqca tozumuz çıxır».


Pənah Hüseyn
Pənah Hüseyn
«Biz əntiq xalçalar kimiyik, çırpdıqca tozumuz çıxır». «İşdən sonra» proqramının ikinci hissəsində Parlament Saatı olub. Millət vəkili Pənah Hüseyn KİV –lə bağlı qanuna edilən dəyişikliklər, Xocalı soyqırımı, müxalifətin birliyi və başqa mövzular barədə danışıb:

Söhbətin tam mətnini
- Məsələ bununla bitmir. Prezident tərəfindən imzalanmalıdır qanun. Biz bu gün bəyan etik ki, qanun rəsmi mətbuatda dərc edilən gündən həmin qanunu vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozduğunda görə məhkəməyə verəcəyik. Hesab edirəm ki, KİV nümayəndələri də onların peşə fəaliyyətini pozduğuna görə məhkəməyə müraciət edəcəklər. Bu qanunun arxasınca İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə ediləcək düzəlişləri gözləyirik. Yəni qanun qəbul edildikdən sonra yalnız bu qanundan irəli gələrək onun tətbiqi üçün müvafiq tədbirlər sanksiyalar şəklində ya İnzibati Xətalar Məcəlləsində ya Mülki Məcəllədə ya da Cinayət Məcəlləsində öz əksini tapacaq. Bu düzəliş də havadan ortaya düşmədi. Bu düzəlişlərin biri referendumdan keçmiş müddəadır. Bütün hüquqi hiylə də bu müddəanın üzərində durur. Bu sadəcə olaraq həmin müddəanın qanunlara köçürülməsidir. Bunu bir neçə nəfər müdafiə etdi. Ola bilər bir neçə nəfər ya avamlıqdan, ya savadsızlıqdan ya diqqət yetirməməzlikdən belə hesab etsin.

Pənah Hüseyn Xocalı soyqırımı məsələsinə də toxunub:

- Qabaqdan Xocalı hadisəsi gəlir. Neçə ildir ki, biz qanun qəbul edilməsini istəyirik. Bu gün də bizə söz verilmədi danışmağa. Ümumiyyətlə, Xocalı hadisəsinə 1992–ci ilin martında Ali Sovetdə qərar verilib. Sonrakı 1993–cü ildə bu təkrar edilmişdi. Xocalı hadisəsi soyqırımı kimi qeyd olunub. İkincisi, hətta 92–ci ildə nəinki Azərbaycan Ali Soveti, hətta heç də Azərbaycana xoş münasibəti olmayan «Memorial» təşkilatının da xüsusi hesabatı var. O hesabatda da Xocalı soyqırımı kimi qeydə alınıb. Qanunvericilik iyerarxiyasında ən yuxarıda qanundur. Biz də Xocalı soyqırımının Qarabağ müharibəsi tarixində çox böyük statusa malik olduğuna görə qanun qəbul etmişik. İlkin olaraq çıxışlarımız var. Mən Xocalı soyqırımı haqqında qanun layihəsi hazırladım. Nə komissiya, nə də komitələrdə o qanun qəbul olunmayıb. Zahid Oruc da bu fikri bir neçə dəfə səsləndirib. Bir qanun layihəsi təqdim edib. Niyə qanun layihəsini qəbul etmək istəmirlər, bunun səbəbi yoxdur.

Pənah Hüseyn parlament seçkiləri barədə belə deyib:

Söhbətin tam mətnini
- Bəzi iri müxalifət partiyaları maraqlı deyillər bu seçkilərdə. Həqiqətən də ciddi döyüş gedəcəksə seçkilərdə, bu istiqamətdə hərəkətə, fəaliyyətə keçmək lazımdır. Bunun ən effektiv yolu birlikdir. Mən yada saldım - Elçibəyin Nizami Süleymanovla, AMİP-lə sazişlərini. Bilirsiniz hansı ittihamlar edilmişdi. Amma o vaxt böyük birlik naminə Elçibəy bu addımı atdı. Mən bu gün konkret olaraq Müsavat Partiyası və «Azadlıq» blokuna daxil olan partiyaların razılaşaraq onların seçki birliyinin yaranmasında heç bir maneə görmürəm. Hesab edirəm ki, bunun üçün siyasi iradə lazımdır. Müxalifət birliyi də siyasi iradə ilə ortalığa qoyulmalıdır. Bu məsələdə məsuliyyət birinci İsa Qəmbərin üzərinə düşür, ilk addımı da o atmalıdır. Bu missiya İsa bəyin üzərindədir, bundan imtina etməsini heç kəs onu bağışlamaz.

Pənah Hüseyn internet barədə Xədicə İsmayılovanın sualını da belə cavablandırıb.

- Hər halda mən də köhnə siyasətçilər nəslinin nümayəndəsiyəm. Köhnə vərdişlə indiki yeni, virtual dünyada real iştirak etmirik. Səmimi şəkildə sizə deyim ki, mən bir az virtual dünyada qapanıb qalmanın da tərəfdarı deyiləm. Stilim daha çox. real həyatda işləməkdir Biz əntiq xalçalar kimi çırpdıqca tozumuz çıxır.

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG