Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Tihipko kimi dəstəkləyəcək?


Sergey Tihipko
Sergey Tihipko
Ukraynada keçirilmiş prezident seçkisində 13 faiz səs toplamış Sergey Tihipko qalmaqallı 2004-cü il seçkilərində Viktor Yanukoviçin seçki kampaniyasına rəhbərlik etmişdi. Həmin vaxt seçkilərin Yanukoviçin xeyrinə saxtalaşdırıldığı güman olunurdu. Buna görə də minlərlə adam küçələr çıxmışdı. Minlərlə adamın küçələrə çıxması isə «narıncı inqilab»la nəticələnmişdi.

Lakin tarixin bu səhifəsi Baş nazir Yuliya Timoşenkonu Sergey Tihipkonu öz tərəfinə çəkmək ümidindən məhrum etmir.

Yanvarın 17-də keçirilmiş prezident seçkisinin birinci turunda Yuliya Timoşenko 25 faiz, Viktor Yanukoviç isə 35 faiz səs toplayıb. Timoşenko ikinci turda qalib gəlmək üçün 10 faizlik fərqi aradan qaldırmalıdır. O, məhz Sergey Tihipkonu tərəfinə çəkməkdə ümidlidir.

Mərkəzi Bankın keçmiş rəhbəri və bodibildinq həvəskarı Sergey Tihipko israrla deyir ki, ikinci turda Yuliya Timoşenko və ya Viktor Yanukoviçi dəstəkləməyəcək. Ona ilk təklif Timoşenkodan gəlib. Tihipko isə deyib ki, Timoşenkonun Baş nazir olmaq və hökumətin yarısını ona həvalə etmək barədə təklifini qəbul etməyib. Eyni zamanda deyib ki, danışıqlar davam edir: «Təklifləri dinləyib fikirləşəcəyəm».

Çoxları düşünür ki, Timoşenkonun təklifini qəbul etməsi Tihipko üçün özünəqəsdə bərabər olacaq. Hazırda Ukrayna ağır iqtisadi böhran içindədir. Belə vəziyyətdə Baş nazir postuna gələcək istənilən şəxs əhali arasında çox qısa müddətdə nüfuzu itirmiş olacaq.

Sergey Tihipko isə yeni siyasi partiya yaradacağını bildirilir. O, ümidini növbəti parlament seçkisinə bağlayıb.

Sergey Tihipko 90-cı illərdə özəl bank yaradıb. Sonra 1 milyard dollara əcnəbilərə satıb. Yanukoviçin yaxın tərəfdarı olsa da, başqaları kimi ona qarşı korrupsiya ittihamı səsləndirməyiblər. İmici yoxdur. Onu yeni lider kimi görənlər də çoxdur.

Ukraynada prezident seçkisində kimin qalib gələcəyi isə ikinci turdan sonra bilinəcək. İkinci tur fevralın 7-də keçiriləcək.
XS
SM
MD
LG