Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

«İlham Əliyevə təşəkkür edirəm»


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli
İndi Culfanın Bənənyar kəndini Cəlil Məmmədquluzadənin Nehrəmindən az tanımırlar. Bəlkə də Mirzə Cəlil sağ olsaydı, Bənənyarla bağlı mütləq bir şedevr əsər yaradacaqdı...Bənənyar kəndi nəinki yazıçı, dramaturqlara, elə bloqçulara da əllərini klaviaturaya atıb, ürəklərini boşaltmaq üçün ilham verib. Artıq ikinci həftədir ki, bloqlarda Bənənyarla bağlı yazılar gedir. Bunun bir səbəbi də var - Vasif Talıbova orden verilib.

BƏNƏNYAR HADİSƏLƏRİ BLOQLARDA

AXCP sədri Əli Kərimli Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova «Şöhrət» ordeni verilməsinə görə prezidentə təşəkkür etdiyini yazıb:

«Vasif Talıbova «Şöhrət» ordeni verməklə onun Naxçıvandakı idarəetməsindən məmnun olduğunu gizlətmədiyinə görə;

Naxçıvanın, hətta bütövlükdə Azərbaycanın da gündən-günə Özbəkistan standartlarına uyğunlaşdırılması prosesinin arxasında şəxsən özünün dayandığını bu son addımı ilə xalqımıza və bütün dünyaya bəyan etdiyinə görə; Vasif Talıbova «Şöhrət» ordeni verməklə, dolayısı da olsa onu bütün rəhbər işçilərə nümunə göstərdiyinə görə; Nəhayət, 3 gün qabaq bloqumda Bənənyar hadisələri ilə bağlı yazdıqlarımı təsdiq etdiyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm».

Devrim sol yazır ki, Naxçıvanda daha Qərbdən gəlmiş «ağ adamları» da saymırlar:

«Qərb diplomatlarının qabağına öyrədilmiş qullarını çıxaran «Şöhrət» ordenli Vasif Talıbov təbii ki, özfəaliyyətlə məşğul deyil. O, diplomatları Bənənyara Bakının göstərişi olmadan buraxmağa risk etməz. Deməli, baş verənlər rəsmi Bakının siyasi kursudur. Buna heç incidilmiş diplomatlar da şübhə etmir. Sadəcə etiket xatirinə hakimiyyətə hakimiyyətin özündən şikayət ünvanlayırlar».

Araz Önər də yazır ki, Bənənyar hadisələrindən sonra Vasif Talıbova «Şöhrət» ordeni verildi:

«Bu o deməkdir ki, prezident , cənab Talıbovun Naxçıvanda apardığı təmizlik işlərindən razıdır. Bu o deməkdir ki, prezident, Bənənyarda özünü yandıran vətəndaşı dövlətə təhlükə sayır. Vasif Talıbov isə bu hadisələrin sovuşmasında böyük rol oynadığı üçün, «Şöhrət» ordeninə layiqdir. Adı vətəndaş isə hesab edir ki, həyətində delfin bəsləyən, tank saxlayan nazir o vətəndaşdan daha təhlükəlidir. Bugün isə Vasif Talıbov mətbuatın dostu elan edilib. Vasif Talıbov, Naxçıvandakı qəzetlərin maddi və texniki bazasının yaxşılaşdırıb. Bu qəzetlər isə hər yerdə Vasif Talıbovu tərifləyib, onun mövqeyini müdafiə edib. Sonda isə ona «mətbuatın dostu» mükafatını veriblər. Adı vətəndaş isə hesab edir ki, vətəndaşın mövqeyini müdafiə edən jurnalistlərin həbs olunmasını, döyülməsini əmr edən bir şəxs heç vaxt mətbuatın dostu ola bilməz».

Elnur Məcidli də Vasif Talıbova orden verilməsini, «mətbuatın dostu» elan edilməsini qısqanclıqla qarşılayıb:

«Prezident neynədi – Bənəniyar kəndinin əhalisini bir həftə falaqqaya yatırıb şallaqlayan Naxçıvan ağası Vasif Talıbova ad günündə «Şöhrət» ordeni verdi. Prezident bu ordeni verməklə, Bakıdan 500 km uzaqda olan Naxçıvanda baş verənlərdən xəbərdar olduğunu göstərdi. Əslində, Vasif xanın şöhrəti Naxçıvan hüdudlarını çoxdan aşıb, hətta bu orden çox gec verildi deyə bilərəm...Mən əminəm ki, Vasif Talıbov mətbuatı ən az Bənənyar kəndi qədər çox sevir, buna görə də bu diplomun verilməsində qeyri-adi bir şey görmürəm».

İRAN RƏSMİLƏRİNİN XARİCİ BANKLARDA PULU BARƏDƏ

Ağacanın son postlarından biri diqqətimi çəkdi – yazı İran rəsmilərinin xarici banklardakı hesabları, aktivləri ilə bağlıdır. Sizin də diqqətinizə çatdırıram. Məsələn, bloqçu yazır ki, İranın hazırkı prezidenti Mahmud Əhmədinejadın oğlu Mehdi Əhmədinejadın Belçikada 118 milyon, İsveçrədə 145 milyon, «İslam Şəriəti bankında» 44 milyonu var.

Ağacanın istinad etdiyi məlumata görə, İranın keçmiş prezidenti, Ayətulla Əli Əkbər Rəfsəncaninin Birləşmiş Ərəb Əmirliyinin banklarında 1,3 milyard dollar, Qətərdə 120 milyon dollar, Malayziya, İran, Çin, Cənubi Koreya, Yaponiya, Meksika, Braziliya, Venesuela, İndoneziya, Rusiya və keçmiş Sovet ölkələrində yüzlərlə milyon dollar pulu var.

İlqar Məmmədov «Freedom House» təşkilatının xəritəsində düzəliş etməsindən, artıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərilməsindən yazır. Ancaq təşkilata qarşı iradları qalmaqdadır:

«İradlar bununla bitmir, təbii. İşğal altındakı ərazilərimizə «qismən azad» (partly free) deyirlər. Yanılırlar, o ərazilər tam azaddır - yüz minlərlə dinc azərbaycanlıdan. Əhalinin bir qismini qovub «qismən azad» olmağa nə var ki?».

KİTABI BAĞLANANLAR

Şahbaz Xuduoğlu keyfiyyətli, dəyərli kitabın işıq üzü görməsində üzləşdikləri çətinlikdən yazır:

«Rusiyada 118 min addan çox ildə kitab çıxır. Bir dəfə rus nəşriyyatlarından birinin kitabla bağlı reklam çarxını gördün: «Biz hər şeyi oxuyuruq ki, siz ən yaxşısını oxuyasınız!». Bax, gerçəkdən bizim işimiz budur!

Mən o sahədə ədəbiyyat axtarıram ki, o yerdə axtarış aparan olmasın, əsas fəaliyyətimi məşhurların üzərində qurmaq istəmirəm. Qazıntı axtarmaq istəyirəm, yeni yazarlar tapmaq yeni əsərlər tapmaq üçün…»

10 MİLYONUNCU AZƏRBAYCAN VƏTƏNDAŞININ ADI NƏ OLACAQ?

Doktor Ravik bu sualı verir:

«Azərbaycanın 8 milyonuncu vətəndaşının adı Heydər idi. 9 milyonuncu vətəndaşa İlham adı qoydular. Bəs 10 milyonuncu vətəndaş necə adlandırılacaq?

Bu suala dəqiq cavab verən adamların bonus olaraq «uçastkovi» və bələdiyyə sədri olmaq şansı çox yüksəkdir. P.S. niyə bizdə milyonuncu vətəndaşlar oğlan olur?».
XS
SM
MD
LG