Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

Sürix protokolları Ermənistan Konstitusiya Məhkəməsindən keçdi


Sürix protokollarının imzalanması, 10 oktyabr 2009
Sürix protokollarının imzalanması, 10 oktyabr 2009
Ermənistan Konstitusiya Məhkəməsi yanvarın 12-də Sürix protokollarını müzakirə edib. «Media forum»un məlumatına görə, məhkəmə protokolların konstitusiyaya zidd olmadığına qərar verib. Sənədlər təsdiqlənmək üçün parlamentə göndəriləcək.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində «Diplomatik münasibətlərin təsis olunması protokolu» və «İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu»nu imzalayıblar.

Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. İkinci sənəd isə qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalıdır.
XS
SM
MD
LG