Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

İlham Əliyev də senzura olunur


«Statistika hər şeyi bilir». AzadllıqRadiosu.az saytında 2009-cu ilin yekunlarını nəzərdən keçirəndə 90 il əvvəl İlf və Petrovun qələminə məxsus bu qanadlı ifadənin nə qədər dəqiq olduğunu dərk edirsən.

«DONUZ QRİPİ»NƏ MEYDAN OXUYAN QADINLAR

İnternet cəngəlliyində azan adamlar onu maraqlandıran sözü axtarışa verir, arama motorlarının təklif etdiyi səhifələrdən birinə gedirlər. 2009-cu ildə AzadlıqRadiosu.az saytına kənardan gələnlərin statistikasına baxanda məlum olur ki, səhifəmizə ən çox oxucu gətirən «Donuz qripi» sözləri olub.

Məlumdur ki, ötən il A/ H1N1 virusuna yoluxanlar arasında Türkiyənin futbol ulduzu Arda Turan, Gürcüstan prezidentinin iki qızı da var. Bu virusdan ən çox ziyan çəkən ölkələr sırasında isə Ukraynanın adı çəkilir. Amma virus qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda bir qrup xanım Kiyevin «Azadlıq» meydanına çıxıb özünəməxsus yolla epidemiyaya meydan oxudular. Onlar alt paltarına qədər soyunaraq qadınları bu xəstəlikdən qorxmamağa çağırıblar.

Çılpaq qadınların arxasında duran çılpaq həqiqət var idi – hər il dünyada avtomobil qəzasında və ya ürək-damar xəstəliklərindən ölənlərin sayı «Donuz qripi»nin qurbanlarından dəfələrlə çoxdur.

Bütün fotolara baxmaq üçün fotonun üzərinə klik edin


AZADLIQRADİOSUNDA ƏN ÇOX AXTARILAN SÖZ «AKKORD» OLUB

2009-cu ildə AzadlıqRadiosunun saytında ən çox axtarışa verilən söz isə «akkord» kəlməsidir. Eyniadlı şirkətlər qrupuna olan oxucu marağını başa düşmək çətin deyil. «Akkord»un çəkdiyi yolların qiyməti, görülən işlərin keyfiyyəti ətrafında bütün ilboyu müzakirələr gedib. Şirkətin sonuncu sorağı isə Qazaxıstandan gəldi və ilkin hesablamalara görə, «Akkord» yolu xaricdə daha ucuz çəkir, nəinki öz vətənində. Səbəbi nədir - Azərbaycan hökuməti daha əliaçıqdır, yoxsa Qazaxıstan rəhbərliyi simic?

BAYRAMLAR BAYRAMINDA GÜLLƏRİN GÜLÜ

Hər ilin mayın 10-da Heydər Əliyevin doğum günündə Azərbaycanda Gül bayramı keçirilir. 2009-cu ilin bayram tədbirlərinə dünyanın 81 ölkəsindən 1.5 milyondan çox gül gətirilib. Bu güllərin arasında ən məşhuru Hollandiyadan daxil olub.

AzərTAc xəbər verir ki, Gül bayramına xanımı Mehriban Əliyeva və qızları ilə birgə qatılan prezident İlham Əliyevə Hollandiyadan gətirilmiş zanbaq buketləri təqdim olunub:


«Qızılı-bənövşəyi rəngli bu güllər Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin adına yetişdirilib. Sertifikatın iki nüsxəsi prezident İlham Əliyevə təqdim olundu. Sertifikatlardan daha biri Zanbaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatına, digəri isə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasına təqdim edilib. Dövlətimizin başçısı yeni uğurlu növ yetişdirilməsi münasibətilə Assosiasiyanın nümayəndələrini təbrik edərək, onlara müvəffəqiyyətlər arzuladı». – AzərTAc yazır

İLHAM ƏLİYEV DƏ SENZURAYA MƏRUZ QALIR

Səhifəmizin statistikasından oxucuları maraqlandıran əsas mövzuları da aydın görmək olur.

Bu mövzulardan biri də 18 mart referendumu idi. Azərbaycan Konstitusiyasının martın 18-ə qədər olan redaktəsinə əsasən, Azərbaycan artıq 2012-ci ildə İlham Əliyevə alternativ axtarmalı idi. Konstitusiyada bir nəfərin cəmi 2 dəfə seçilməsi haqda məhdudiyyət var idi.

Bu məhdudiyyətin aradan götürülməsi ərəfəsində Davosda səfərdə olan İlham Əliyev «Röyters»ə müsahibə verdi. Jurnalistin referendum haqqında sualına cavab verən prezident dedi ki, Avropa Birliyində elə bir ölkə yoxdur ki, orada xalq özünə rəhbəri neçə dəfə istəsə seçə bilməsin.

Lakin prezidentin saytında yerləşdirilən bu müsahibənin Azərbaycan dilindəki mətnindən İlham Əliyevin bu fikri çıxarılıb. Buyurun, baxın...

Sonra da deyirlər ki, daxili senzura ancaq müxalifət mətbuatına xasdır...

Eyni müsahibə Reuters-də (ingiliscə) və Prezidentin saytında (Azərbaycanca)
İlham Əliyev «Röyters»ə müsahibəsiMüsahibənin Azərbaycan dilindəki mətni

DAXİLİ SENZURANIN DAHA BİR NÜMUNƏSİ

«Eurovision-2009» mahnı müsabiqəsində Ermənistan iştirakçılarına səs verən Rövşən Nəsirlinin MTN-ə çağırılması xəbəri AzadlıqRadiosunda güclü müzakirələr doğurdu.

Qalmaqal Avropa Yayım Birliyinə qədər böyüdü, sonuncu Azərbaycanı müsabiqədən kənarlaşdırmaqla hədələyəndə MTN bəyan etdi, Rövşən Nəsirli ilə söhbət edib, amma müsabiqədə səsvermə ilə bağlı yox. Bəs nə ilə bağlı? Bu sual açıq olaraq qaldı.
MTN-nin bu bəyanatını İctimai TV Avropa Yayım Birliyinə çatdırdı - Belə bir hadisə olmayıb.

AYB buna inandımı, inanmadımı, amma hər ehtimala qarşı öz nizamnaməsini də dəyişdi. Bundan sonra qaydaları kimin tərəfindən pozulmasından asılı olmayaraq, SMS qalmaqalına bənzər hadisə baş versə, İctimai TV cəzalandırılacaq.

Beləcə bir nəfər cavan oğlan böyük bir təşkilatın nizamnaməsində dəyişikliyə səbəb oldu.

EŞŞƏK VƏ XULİQANLAR


İlin maraq doğuran hadisələri sırasında bloqqerlərin həbsi də var. Xuliqanlıqda ittiham olunan Emin Milli və Adnan Hacızadənin məhkəməsi dünya mətbuatının diqqətini çəkib «Eşşək məsələsi» adını aldı.

Bu hadisələrin gedişində «Panama»nın diqqətini iki məqam çəkdi.

«Mən də xuliqanam» yazısı olan köynəklərlə məhkəməyə gələn gənclərin həbs olunması və bloqqerlərin həbsinə etiraz edənlərin süpürgəçinin qaldırdığı tozanaqla dağıtmaq cəhdi.

Sonra pis olacaq
Gözlə
Embed

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid



Ancaq Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid
XS
SM
MD
LG