Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:25

Anar Ramiz Mehdiyevlə razılaşmır


Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatı haqqında Ramiz Mehdiyevdən fərqli düşündüyünü bildirir. O hesab edir ki, Azərbaycanda diqqət çəkən maraqlı əsərlər yaranıb. Azərbaycan Yazıçılar Birliyinin rəhbəri AzadlıqRadiosuna açıqlamasında belə deyib:

«Ramiz Mehdiyevin televiziya haqqında yazdığı məqaləsi ilə 100 faiz razıyam. Tamamilə doğru şeylər deyib. İkinci məqaləsi elm haqqında idi. Bu barədə heç nə deyə bilmərəm. Çünki elm başqa sahədir. Ədəbiyyat haqqında dediklərinə gəlincə, bu, onun fikridir. Amma mənim fikirlərim bir az başqadır. Məncə, Azərbaycan ədəbiyyatında maraqlı, diqqət çəkən əsərlər yaranıb, xaricdə də çap olunub».

İki həftə əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəsmi mətbuatda «İctimai elmlər: zaman kontekstində baxış» məqaləsini dərc etdirib.

Məqalədə son illər Azərbaycanda ədəbi sahədə «ölkədə hadisə olacaq əsər yaradılmamasından» danışılırdı.

Ölkənin ictimai və siyasi elmində də analoji vəziyyət hökm sürür.

Mehdiyevin bu fikirləri bir sıra incəsənət xadimlərinin və ictimai xadimlərin kəskin tənqidinə səbəb olub.

ƏDƏBİYYAT PORTALIMIZA BURDAN DAXİL OL!

HERTA MÜLLER NOBEL MÜHAZİRƏSİNDƏ DİKTATURALARA ÜSYAN ETDİ

«LUKAŞENKO HAQDA ROMAN» QADAĞAN EDİLDİ

KATERİN KAMYU: ATAMI SARKOZİYƏ QARŞI RAKETƏ ÇEVİRİBLƏR
XS
SM
MD
LG