Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

«Nardaranda ödəniş yoxdur, ancaq işıq var…»


«Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev belə deyir. Dekabrın 4-də Nardarana elektrik enerjisinin ötürülməsi dayandırılmışdı. «Bakıelektrikşəbəkə» 3 il yarımdır bu qəsəbədə elektrik sayğacları quraşdırmağa çalışır, amma sakinlər buna imkan vermirlər.

Tanrıverdi Mustafayev: «Əsas problem keyfiyyətli və dayanıqlı enerji təchizatı üçün yeni xətlər çəkilməsi və sayğac quraşdırılmasıdır. İcazə vermirlər ki, sayğac quraşdırılsın».

Qəsəbə sakinləri deyirlər ki, «Bakıelektrikşəbəkə»dən onlara 340 min manat borcları olduğunu deyiblər.

Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasim Əlizadə isə bildirir ki, camaatdan bu pulu tələb etməklə deyil, nardaranlıların pulu ödəmək imkanı məhduddur:

«Kəndin bir hissəsində sayğaclaşma aparılıb, amma bir evdə 1 ay ərzində yazılan pulun məbləği 200-300 manat həcmindədir. Nardaran camaatının isə 30-40 manatlıq gəliri yoxdur. Kəndə əkinçiliklə məşğul olmaqla güclə dolanırlar. Bunlar 300 manata pulu necə ödəsinlər?»

Komitə sədri deyir ki, sayğaclaşmaya etiraz etmirlər «amma işığın pulu aşağı salınsın, ya da camaatı normal işlə təmin etsinlər. Nardaran camaatının 90 faizinin vəziyyəti belədir».

Bu arada «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Nardarandan başqa, Bakıda ciddi borcu olanlarla bağlı problem yarana biləcəyini deyib:

«Bayramlar qabağı elektrik enerjisi ilə bağlı narahatlıq yaratmaq istəmirik. Ancaq soyuq havalar şəraitində çox ciddi borcu olanlarla bağlı problemlər yarana bilər, bu da elektrik enerjisinin verilişində fasilələrə gətirib çıxardacaq».
XS
SM
MD
LG