Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Qarabağ danışıqlarında önəmli irəliləyiş var


ABŞ Dövlət Katibinin yardımçısı Ceyms Steynberq və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Afina, 1 Dekabr 2009.
ABŞ Dövlət Katibinin yardımçısı Ceyms Steynberq və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Afina, 1 Dekabr 2009.
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlarda önəmli irəliləyiş əldə edib. Rusiya və ABŞ rəsmiləri Azərbaycan və ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Mİnsk qrupu həmsədrləri ilə Afinadakı görüşündan sonra belə açıqlama veriblər.

Azərbaycan Xarici İŞlər Naziri Elmar Məmədyarov və Ermənistanlı həmkarı Eduard Nalbandyan ATƏT-in Xarici İşlər Nazirlərinin Afinadakı 17-ci toplantısı çərçivəsində görüşüblər.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib ki, “bu cür görüşlər tərəflər arasında dialoqun inkişafında önəmli rol oynayır”.

ABŞ Dövlə Katibinin yardımçısı Ceyms Steynberq isə bildirib ki, “tərəflər münaqişənin həlli yolunu tapmaq üçün çox qərarlıdırlar”.
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib ki, görüşlərdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci toplantısının Dağlıq Qarabağla bağlı bəyanatı müzakirə edilib. Görüşlər konstruktiv keçib.

ATƏT nazirləri Qarabağ münaqişəsinin tezliklə həllini inanır

Münaqişələrin silahlı yolla həllindən qaçmaq üçün böranların nizamlanmasında vahid prinsipin qəbul olunması vacibdir. Afinada, ATƏT XİN Şurasının 17-ci toplantısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.

Onun sözlərinə görə, “Yalnız belə prinsiplər ötən ilin avqustunda Gürcüstanda üzləşdiyimiz avantüra kimi silahlı həll senarisindən qaçmağa imkan verər”.

Fransanın xarici işlər naziri Bernar Kuşner isə tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb. O deyib ki, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Bernar Kuşner hər iki ölkənin xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu kağızda əks etdirməyə çağırıb.

ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq gələn il həll oluna bilər.
XS
SM
MD
LG